Son insidentlə bağlı bütün rəhbər heyət... - Metropoliten
Aprelin 21-də "Bakı Metropoliteni" QSC-də baş vermiş hadisə ilə bağlı texniki araşdırmanı səhmdar cəmiyyətinin bütün rəhbər heyətinin birbaşa iştirakı ilə mühəndis-mütəxəssisləri aparır.
Cia.az xəbər verir ki, bu barədə metropolitendən bildirilib.
Məlumata görə, əsas məsələ texniki araşdırmanın düzgün qiymətləndirilməklə obyektiv aparılmasını təmin etmək, doğru qərarların verilərək, həm bu hadisənin təkrarlanmaması, həm də hazırda icra olunan texniki işlərin dəqiqliklə başa çatdırılmasıdır. Yeniliklərlə bağlı ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, aprelin 21-də saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilib. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb. Metronun bütün stansiyalarında girişə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Bakıda sənədsiz tikilmiş evlərin sökülməsi məsələsi xüsusən son yağışlardan sonra cəmiyyət arasında ciddi müzakirələrə səbəb olur. Bir tərəfdən şəhərsalma qaydalarının pozulması və təhlükəsizlik məsələləri önə çəkilir, digər tərəfdən isə illərlə həmin evlərdə yaşayan insanların taleyi sual altına düşür.
Bakı şəhərində həyata keçiriləcək genişmiqyaslı yenidənqurma və abadlıq işləri artıq gündəmin əsas mövzularından birinə çevrilib. Bu proses çərçivəsində köhnə və qəzalı tikililərin sökülməsi, əvəzində isə müasir yaşayış və infrastruktur obyektlərinin inşası planlaşdırılır. Paralel olaraq, sakinlərin köçürülməsi, kompensasiya və yeni mənzillərlə təmin olunması məsələləri də ön plana çıxır.