İstirahət günləri üçün tibbi-meteoroloji proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Cia.az-a verilən məlumata görə, aprelin 25-26-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdləri, arabir güclənən xəzri küləyininin gilavar küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişsizdir.
Sabah Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 360 saylı yarımstansiyadan Transformator Məntəqəsinədək iməclik işləri aparılacaq
Toy büsatı qurmaq, şadlıq etmək artıq ailə qurmağın sevincini bölüşməkdən çox, ağır maliyyə sınağına çevrilib. Bir zamanlar mənəvi dəyərlər üzərində qurulan bu mərasimlər indi daha çox kimin daha dəbdəbəli şou göstərəcəyi yarışını xatırladır.
Bu ilin yanvar-mart aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 11 % (187 milyon manat) çox olmaqla 1 milyard 955 milyon manat vəsait yönəldilib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu ilin aprel ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı, aylıq yağıntının miqdarının da iqlim normasına yaxın, bəzi ərazilərdə normadan bir qədər çox olacağı ehtimal olunur.
Aprelin 20-də Bakıda və Abşeron yarımadasında, eləcə də, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.