banner
banner

Eşşəyə qoyulan maya...

Eşşəyə qoyulan maya...
Yazar: Aynur Elgünəş

Aynur Elgünəş


Mübarəkdi, deyirlər, ölkəyə xeyli əcnəbi eşşək, qatır gətirilib. Zarafat deyil, 98 min manatdan artıq pul xərclənib. “Eşşək” deyib keçməyin, hər ay məvacibinizdən tutulan vergi hesabına formalaşan büdcədən bu boyda pul ayrılıbsa, deməli, o eşşəklərin xüsusi keyfiyyətləri var.

Ulaqların keyfiyyətinə di qqət ayıran millət vəkili Fazil Mustafa da deyib ki, Azərbaycandakı eşşəklər öz funksiyalarını lazımi dərəcədə yerinə yetirmirlər: “Görünür daha sözə baxan, normal səviyyədə boynuna düşən yükü götürməyə qabil olan eşşək gətirmək tələbatı yaranıb. Güman edirəm, hökumət bunu nəzərə alıb”.

Çox doğru yanaşmadır. İntəhası, sözəbaxan eşşəklərin gətirilməsi üçün seçilən məkan yanlışdır. Əgər bu uzunqulaqlar Şimali Koreyadan, Türkmənistandan alınsaydı, düşünmək olardı ki, doğrudan da, bu heyvanlar bizimkilərlə “qovuşandan” sonra sözəbaxan, boynuna düşən yükü götürməyə qadir olan yeni nəsil yetişəcək. Bizim şanlı hökumətimiz də gedib heyvanları ABŞ-dan, Niderlanddan alıb. O ölkələrdən ki, bircə il oxumağa göndərdiyimiz uşaq qayıdanda deyir: “Azərbaycanda yaşaya bilmirəm, anti-demokratik mühit boğur məni”. Özü də bu uşaqların əksəriyyəti təyyarəyə minənə qədər valideyn sözündən çıxmayan, böyük-kiçik yeri bilən olur. Gözünü açandan görür ki, hətta ölkə rəhbərliyi tv-də göstəriləndə də valideyni ayaq üstə dayanıb dinləyir, adi MİS rəisinə cavab qaytarmır.

Belələri gedir ABŞ-a, düşür bizi istəməyən qüvvələrin təsirinə, gəlir, bəyənmir heç nəyi. Başlayır anası yaşında müəllimənin, həkimin üzünə ağ olmağa ki, niyə rüşvət alırsan, hakimi ədalətsizlikdə, xalqı cəsarətsizlikdə qınayır və s.

İllərlə çəkilən zəhmət heç olur, o bir-iki ilin təsirindən çıxa bilmirlər. Əgər şüurlu insanı belə dəyişmək mümkündürsə, gör indi o dördayaqlılar nə gündədir. İndi onlar gəlib bizim eşşəkləri də yoldan çıxaracaq, bir də görəcəyik ki, nəinki eşşəklərin nəsli artıb, əksinə, dişilər ayrı, erkəklər ayrı gəzir, yığışıb milli eşşəklərimizin mentalitetini də zədələyiblər.

Qısası, canlılara maya qoymaq öz əleyhinə işləmək kimi bir şeydi. Xüsusilə qanmazlıq simvoluna çevrilmiş eşşəyə...



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: