"Bavariya"nın son məşqində xoşagəlməz hadisə baş verib. Münhen klubunun hücumçusu Robert Levandovski ilə müdafiəçi Jerom Boatenq arasında dava olub. Buna səbəb isə sonuncunun hücumçuya məşq zamanı sərt müdaxilə etməsi olub.
Nəticədə futbolçular arasında dava düşüb. Komanda yoladşlarının müdaxiləsi nəticəsində futbolçular sakitləşdirilib. Baş məşqçi Xosep Qvardiola isə dərhal hər iki futbolçunu məşqdən qovub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.