banner
banner

Şou

"Toyumda Röya Ayxan təbrik yazırsa, siz KİMSİNİZ?"

"Toyumda Röya Ayxan təbrik yazırsa, siz KİMSİNİZ?"

Müğənni Aysun İsmayılova son açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

Sənətçi keçmişindən və həmkarları ilə münasibətlərindən danışaraq maraqlı məqamlara toxunub. Aysun bildirib ki, karyerasının ilk illərində anasının yanında toylara pulsuz getdiyini heç vaxt unutmadığını vurğulayıb: "Vaxt var idi anamın yanında toylara pulsuz gedirdim, bunu unutmaq olmaz".

O, həmçinin "Yeni Ulduz" yarışması dövrünü xatırladaraq, Sevil-Sevinc Səfərova bacıları ilə bağlı diqqətçəkən fikirlər səsləndirib. Müğənninin sözlərinə görə, həmin vaxt yalnız özü onların yanında olub və bir çox şeyləri birlikdə bölüşüblər:

"Vaxt var idi, anamın yanında toylara pulsuz gedirdim, bunu unutmaq olmaz. "Yeni Ulduz" yarışması vaxtı Sevil-Sevinc Səfərova-in yanında yalnızca mən olmuşam. Onların maşınları yox idi, xalam oğlanları şou proqram aparırdı. Bunları söz xatirinə demirəm. Əgər bir yerdə çörək kəsmişiksə, şəxsi həyatımızı, sirrimizi bölüşmüşüksə, üstündən bir neçə il keçəndən sonra tanınanda belə davranmaq düzgün deyil. Toyumda Röya Ayxan təbrik yazırsa, siz kimsiniz? Özəl günümə çağıranda ola bilər ki, gəlmək alınmasın - məndə də belə hallar olur, amma ən azından hədiyyəmi göndərirəm. Onu da keçdim, heç olmasa mesaj yaza bilərlər. Əgər bunların heç biri yoxdursa, heç bir səmimiyyətdən söhbət gedə bilməz. Özləri özbək mahnıları oxuyurlar, amma bizim kimi müğənnilərə "qıjı" deyə bilməzlər". 

Qalmaqallı açıqlamalar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub./Milli.Az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.

"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" - Foto

"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".