Dişlərin "evini yıxan" qidalar açıqlandı — Hər gün yeyilir
Diş sağlamlığı ilə bağlı gözardı edilən məqamlar yenidən diqqət mərkəzinə düşüb. Həkimlər gündəlik qidalanmanın təsirini xatırladır, bəzi məhsulların isə dişlər üçün ciddi təhlükə yaratdığını deyir.
Rusiyalı stomatoloq Mariya Balakireva bildirib ki, şirin içkilər, çipslər və tumlar dişlərə ciddi zərər vurur və kariyes riskini artırır. Onun sözlərinə görə, əsas amillərdən biri məhz gündəlik rasiondur.
Həkim tövsiyə edir ki, imkan daxilində şirin qazlı içkilərdən, hazır şirələrdən uzaq durmaq lazımdır. Bu içkilərin tərkibində faydalı maddələr demək olar yoxdur, əsasən şəkər və boyayıcı maddələr üstünlük təşkil edir. Nəticədə diş minasının üzərində nazik qat yaranır, zaman keçdikcə dişlər iki tonadək tündləşə bilər. Üstəlik, bu mühit bakteriyalar üçün əlverişli zəmin yaradır və kariyesin inkişafını sürətləndirir.
Mariya Balakireva yapışqan şirniyyatların da təhlükəli olduğunu qeyd edib. İris və saqqız tipli konfetlər dişlərin arasına asanlıqla ilişir, uzun müddət təmizlənmir və bakteriyalar üçün qida mənbəyinə çevrilir.
Onun sözlərinə görə, çipslər də az təhlükəli deyil. Ağızda tezliklə yapışqan kütləyə çevrilir, diş səthində qalır. Tərkibindəki nişasta isə dişlərin zədələnməsi riskini daha da artırır.//Demokrat.az
Xərçəng hüceyrələri hər gün bədənimizdə yaranır, lakin güclü immun sistemi onların böyüməsinə imkan vermir. Müdafiə mexanizmi zəiflədikdə isə xəstəlik üçün münbit şərait yaranır.
Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz.
Mədə yanması və qıcqırma çox vaxt qidaların tərkibindən deyil, onların qəbulu zamanı yol verilən vərdişlərdən qaynaqlanır. Qastroenteroloq Aleksandra Metelina bildirib ki, ən geniş yayılmış yanlışlıqlardan biri yemək yeyərkən eyni zamanda çay içməkdir.
Həkimin sözlərinə görə, qidanı fasilə vermədən maye ilə qəbul etmək mədəyə artıq havanın daxil olmasına şərait yaradır. Bu isə sonradan gəyirmə, yanğı və narahatlıq hissi ilə nəticələnir. Eyni hal yeməyi çox sürətlə yeyən insanlarda da müşahidə olunur. Sürətli qidalanma zamanı udulan hava həzm prosesini çətinləşdirir və sanki keyfiyyətsiz qida yeyilmiş təəssüratı yaradır.
Orqanizm üçün həyati əhəmiyyət kəsb edən vitamin D-nin həddindən artıq qəbulu ciddi sağlamlıq problemlərinə yol aça bilər. Elm adamları qida əlavələrinin populyarlaşması ilə dozanın aşılması hallarının kəskin artdığını bildirirlər.
Yaz fəslində təbiətin oyanması ilə birlikdə müxtəlif təzə göyərtilər də süfrəmizə daxil olur. Bu göyərtilər yalnız dad baxımından deyil, həm də sağlamlıq üçün olduqca faydalıdır.
Mədə yanması və Qastrit zamanı əsas problem mədə selikli qişasının həssaslaşması və turşuluğun artmasıdır. Bu vəziyyətdə düzgün seçilmiş bitki çayları həm iltihabı azalda, həm də yanma hissini yüngülləşdirə bilər. Lakin hər çay faydalı deyil — bəziləri əksinə, vəziyyəti ağırlaşdıra bilər.
Bazarlarda çox vaxt yanından keçdiyimiz, kifayət qədər önəm vermədiyimiz qara kök əslində şəfa mənbəyidir. Tünd bənövşəyi rəngi ilə diqqət çəkən bu tərəvəz son zamanlar qidalanma ekspertlərinin ən çox tövsiyə etdiyi məhsullar siyahısına liderlik edir.