banner
banner

Sİyasət

Ərdoğanla Tramp arasında telefon danışığı baş tutub

Ərdoğanla Tramp arasında telefon danışığı baş tutub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, Ərdoğan amerikalı həmkarına Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda keçirilən şam yeməyində baş verən silahlı hücum cəhdi ilə bağlı həmrəyliyini çatdırıb.

"Prezident Ərdoğan hadisələri demokratiya və mətbuat azadlığına qarşı törədilən mənfur hərəkət kimi qiymətləndirdiyini bildirib və yaralı təhlükəsizlik işçisinin tezliklə sağalmasını arzulayıb", - məlumatda vurğulanıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Ağ Ev Müxbirləri Assosiasiyasının "Washington Hilton" hotelindəki qəbulunda atışma baş verib. ABŞ lideri, vitse-prezident və onların həyat yoldaşları dərhal ərazidən təxliyə olunublar. Hücuma cəhd edən şəxs isə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI

Prezident İlham Əliyev "Dövlət xidmətləri haqqında" 31 oktyabr 2025-ci il tarixli qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə 3 dekabr 2025-ci il tarixli fərmanında dəyişiklik edib.

Parlamentdən Prezidentə TƏBRİK

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb.

TƏCİLİ: Prezidentdən icra hakimiyyətləri ilə bağlı MÜHÜM FƏRMAN

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Əli Əsədov yeni əmr İMZALADI

Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı"nda dəyişiklik edib.