banner
banner

İqtİsadİyyat

Azərbaycan neftinin qiyməti 124 dolları keçdi - SON DƏQİQƏ

Azərbaycan neftinin qiyməti 124 dolları keçdi -

Dünya enerji bazarlarında gərginlik və qiymət artımı davam edir. Son birja əməliyyatları göstərir ki, qlobal neft markaları sürətlə bahalaşmaqdadır.

Cia.az nüfuzlu "OilPrice" resursuna istinadən xəbər verir ki, qlobal bazarlarda neftin qiyməti yenidən "yaşıl zona"ya daxil olub.

Son dəqiqə məlumatlarına görə, "Azeri Light" markalı Azərbaycan neftinin bir barrelinin qiyməti 124.86 ABŞ dollarına yüksəlib. Bu, son sutka ərzində 1.57% (+1.93 dollar) artım deməkdir.

Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan nefti dünya bazarlarındakı əsas rəqiblərini qiymət baxımından xeyli qabaqlayır. Hazırda dünya üzrə etalon hesab edilən Brent markalı neft 105.33 dollar, ABŞ-ın WTI nefti isə 94.40 dollar ətrafında ticarət olunur. Bu fərq bir daha "Azeri Light" neftinin dünya emalçıları üçün nə qədər cəlbedici və keyfiyyətli olduğunu sübut edir.
Digər ölkələrin neft markalarında da artım müşahidə olunur:

Qazaxıstan (CPC Blend): 120.86 dollar (+1.62%)
Braziliya (Lula): 114.08 dollar (+1.46%)
OPEC Səbəti: 106.28 dollar (+3.12%)
Rusiya (Sokol):107.34 dollar (+1.83%)

Ekspertlər yaxın günlərdə neft qiymətlərinin qlobal geosiyasi vəziyyətdən asılı olaraq daha da yüksələ biləcəyini proqnozlaşdırırlar.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

VAZ 2103 170 min manata satışa çıxarıldı

Sovet dövrünün ən nadir nəqliyyat vasitələrindən biri olan milis avtomobili satışa çıxarılıb. Uzun illər qorunub saxlanılan bu texnika kolleksiyaçılar üçün əsl tapıntı hesab olunur.

Neftin son dəqiqə QİYMƏTİ - BAHALAŞDI

ABŞ-ın İrandan gələn və Hörmüz boğazının açılmasını nəzərdə tutan təklifinə Vaşinqtonun mənfi cavab verəcəyinə dair xəbərlər neft bazarında qiymətlərin artmasına səbəb olub.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Köhnə maşınlar buna görə bahalaşır -SƏBƏB

Köhnəlmiş avtomobillərin dövriyyədən çıxarılması və onların utilizasiyası son illərdə ölkədə yol təhlükəsizliyi və ekoloji tarazlıq baxımından gündəmdə olan əsas məsələlərdən biridir. Avtomobil parkının əhəmiyyətli hissəsinin istismar müddətini başa vurması bu sahədə sistemli yanaşmanın tətbiqini zəruri edib. Hazırda utilizasiya prosesi “Təmiz Şəhər” ASC-nin operatorluğu ilə həyata keçirilir. Proses çərçivəsində utilizator kimi fəaliyyət göstərən bir neçə şirkət mövcuddur və vətəndaşlar istismar müddəti bitmiş avtomobillərini elektron portal vasitəsilə qeydiyyatdan keçirərək utilizasiyaya təhvil verə bilirlər. Avtomobil utilizasiyaya təqdim edildikdən sonra sahibinə təsdiqedici sənəd verilir və bu sənəd əsasında ya birdəfəlik ödəniş, ya da yerli istehsal olan yeni avtomobil alarkən güzəşt əldə etmək mümkündür. “Təmiz Şəhər” ASC-ın məlumatına görə, utilizasiya ilə bağlı qiymətlərin artırılması istiqamətdə hazırlanmış təkliflərlə bağlı müzakirələr aparılır. Gələcəkdə utilizasiya qiymətlərində dəyişiklik gözlənilirsə, bu nə vaxt və hansı səviyyədə ola bilər?