Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycan Prezidenti İlham Əliyevi Çexiyaya rəsmi səfərə dəvət edib.
Cia.az Report-a istinadla bildirir ki, bu barədə Babiş "Facebook"da yazıb.
"Mən bundan sonra da ölkələrimiz arasındakı münasibətləri inkişaf etdirmək niyyətindəyəm və məmnuniyyətlə Prezident İlham Əliyevi xanımı ilə birlikdə Çexiyaya səfər etməyə dəvət etdim", - o qeyd edib.
Babiş bildirib ki, yanvar ayında Davosda keçirilən Dünya İqtisadi Forumunda Prezident İlham Əliyevə Avropa İttifaqından (Aİ) kənara ilk səfərinin Azərbaycana olacağına söz verib və bu vədini yerinə yetirə bildiyindən məmnunluğunu ifadə edib.
"Dostluq xarakterli və ən əsası, çox konkret danışıqlara görə təşəkkür edirəm. Ölkələrimiz arasında möhkəm əlaqələr və ticarət əməkdaşlığı üçün böyük potensial mövcuddur. Ötən il qarşılıqlı əmtəə dövriyyəsi $42 mlrd. təşkil edib ki, bunun da əsas hissəsini Çexiyaya Azərbaycan neftinin tədarükü təşkil edib", - o vurğulayıb.
Baş nazirin sözlərinə görə, tərəflər qaz tədarükü üzrə uzunmüddətli müqavilənin bağlanmasına olan marağı vurğulayaraq, digər sahələrdə də əməkdaşlığı genişləndirməyə hazır olduqlarını ifadə ediblər. O qeyd etdi ki, danışıqlarda "ČEZ" (Çexiyanın ən böyük enerji şirkəti) şirkətinin nümayəndələri iştirak edir və bu prosesin uğurla başa çatacağına əminliyini bildirib.
O, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyev enerji və sənaye qarşılıqlı fəaliyyətinin inkişafına diqqət yetirəcək hökumətlərarası iqtisadi komissiyanın yaradılması təşəbbüsü ilə çıxış edib. Çexiya tərəfindən ona sənaye və ticarət naziri Karel Havliçek, Azərbaycan tərəfindən isə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəhbərlik edəcək.
Bundan əlavə, tərəflər Karlovı Varı hava limanının inkişafı, habelə Çexiya şirkətləri ilə əməkdaşlıq da daxil olmaqla, bir sıra konkret layihələri müzakirə ediblər. Babiş əlavə edib ki, Çexiya müdafiə müəssisələri artıq Azərbaycana əhəmiyyətli tədarükçülərdir.
Prezident İlham Əliyev “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nı təsdiq edib.
“Ötən il tarixi Vaşinqton sammitindən sonra Prezident İlham Əliyev bildirib ki, Azərbaycan üçün sülh artıq baş verib. Sonrakı mərhələdə Azərbaycan tərəfindən önəmli addımlar atıldı”.
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı sammiti (ŞƏT) çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ayaqüstü söhbət edib.
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçiriləcək sammitində iştirak etmək üçün Qırğızıstana yola düşüb. Dövlət başçısının səfərini işıqlandıracaq Azərbaycan jurnalistləri də artıq Bişkekə gediblər.