banner
banner

Sosİal

Heyvan bazarları ilə bağlı ciddi məhdudiyyətlər GƏLİR

Heyvan bazarları ilə bağlı ciddi məhdudiyyətlər GƏLİR

Bazarlar heyvanların sıx toplandığı və yoluxucu xəstəliklərin yayılması üçün yüksək risk yaradan ərazilər hesab olunur. Bu cür məkanlarda baytarlıq-sanitariya normalarına əməl olunmaması və effektiv baytarlıq nəzarətinin təmin edilməməsi epizootoloji vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilər. Bu baxımdan heyvan bazarlarının girişində baytarlıq nəzarəti tədbirlərinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Cia.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdentifikasiya və İzlənilmə Mərkəzinin müdiri Yavər Məmmədov bildirib.

Onun sözlərinə görə, heyvanların identifikasiyası baytarlıq tədbirlərinin görülməsinə nəzarətin effektiv həyata keçirilməsi üçün əsas alətlərdən biridir:

“Əvvəlki dövrlərdə heyvan bazarlarında mövcud infrastrukturun qeyri-qənaətbəxş vəziyyəti baytarlıq nəzarəti tədbirlərinin tam həcmdə tətbiqinə imkan vermirdi. Bu səbəbdən heyvan satış bazarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılmış və onların fəaliyyətinin bərpası üçün “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında AQTA Kollegiyasının 50 saylı Qərarının tələblərinin yerinə yetirilməsi əsas şərt kimi müəyyən edilib. Sözügedən qərarın tələblərinin icrası təmin edildikdən sonra heyvan satış bazarlarının fəaliyyəti bərpa olunub.

Hazırda yenilənmiş və müasir tələblərə cavab verən infrastruktur bazarların girişində satışa gətirilən heyvanların sağlamlıq vəziyyətinə və identifikasiyasına effektiv nəzarət həyata keçirməyə imkan yaradır. Bununla əlaqədar olaraq, bildiririk ki, identifikasiya olunmamış heyvanların bazara daxil olmasına yaxın vaxtlarda məhdudiyyətlər tətbiq ediləcək. Buna görə də heyvan satış bazarlarının iştirakçıları, o cümlədən sahibkarlar və heyvan mülkiyyətçiləri əvvəlcədən müvafiq tədbirlər görməli və heyvanların bazara gətirilməzdən əvvəl identifikasiyasını təmin etməlidirlər”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Bu ərazilərdə işıq olmayacaq

İyulun 16-da paytaxtın və Lənkəranın bir sıra ərazilərində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.