banner
banner

Qadın

Buğa, Qız və Oğlaqlara şad xəbər- Həmin gün gəlib çatdı

Buğa, Qız və Oğlaqlara şad xəbər- Həmin gün gəlib çatdı

Aprelin 27-dən mayın 3-nə qədər olan dövrü əhatə edən proqnoz xüsusilə Buğa, Qız və Oğlaq bürcləri üçün taleyüklü yeniliklərdən xəbər verir.

Bunu türkiyəli astroloq Büşra Çoban deyib.

O bildirib ki, aprelin son günləri və mayın əvvəli torpaq qrupu bürcləri üçün həm maddi, həm də mənəvi baxımdan olduqca məhsuldar keçəcək. Bu müddət ərzində qarşınıza çıxan fürsətləri düzgün dəyərləndirmək gələcək taleyinizi müəyyənləşdirə bilər.

Astroloqun bu dövrlə bağlı qeydlərini təqdim edirik:

"Bu həftə xüsusilə Buğa, Qız və Oğlaq bürcləri üçün hər mənada tamamlanma və yeni başlanğıclar dövrüdür. Uzun zamandır gözlədiyiniz xəbərləri ala bilərsiniz. Maddi mövzularda şans sizin tərəfinizdədir, lakin tələsik qərarlar verməkdən qaçınmalısınız. Münasibətlərdə isə daha stabil və ciddi addımlar atmaq üçün uyğun zamandır. Özünüzü ifadə etməkdən çəkinməyin, çünki ulduzlar sizin enerjinizi dəstəkləyir".

Yəni, aprelin 27-dən mayın 3-nə qədər torpaq qrupu bürcləri (Buğa, Qız, Oğlaq) üçün iş və şəxsi həyatda müsbət irəliləyişlərin gözlənildiyi uğurlu həftə başlayır.//Demokrat.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ən çox yalan danışan BÜRCLƏR

Astroloqlar müəyyən bürclərin faktları manipulyasiya etməyə və ya açıq söhbətlərdən yayınmağa digərlərindən daha çox meyilli olduqlarına inanırlar.

Bu aylarda doğulanlar ən anti-dramatik insanlar olur

Astrologiya və numerologiyaya görə doğum ayı insanın xarakteri, davranışları və həyat situasiyalarına reaksiyası haqqında müəyyən təsəvvür yarada bilər. Bəzi insanların isə təbiətən daha sakit, balanslı və konfliktlərdən uzaq olduğu düşünülür.

Qulaq çöpündən istifadə edənlərə xəbərdarlıq

Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.