banner
banner

Gündəm

Abşeronda da Zərifə Əliyevanın 103 illiyi qeyd edildi - Fotolar

Abşeronda da Zərifə Əliyevanın 103 illiyi qeyd edildi - Fotolar

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Nigar Məmmədova, Rizvan Nəbiyev, Zaur Şükürov və Ramid Namazov, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. 

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.

Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan bütün qəhrəmanlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.Daha sonra Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış və akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Abşeron RİH başçısı Abdin Fərzəliyev Zərifə Əliyevanın akademik və ictimai fəaliyyətindən söz açıb. Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətlərinin olduğunu, onun elmi araşdırmalarından sonra ölkəmizdə yayılmış bir çox göz xəstəliklərinin müalicə edildiyini vurğulayan RİH başçısı bildirib ki, Zərifə xanım əsl Azərbaycan qadının bütün mənəvi keyfiyyətlərini özündə cəmləşdirməklə hər kəsin məhəbbətini qazanıb.

Xalqımızın daima Zərifə Əliyevanı böyük məhəbbət və sevgi ilə andığını vurğulayan RİH başçısı əlavə edib ki, onun şərəfli taleyinə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ömür-gün yoldaşı və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin anası olması yazılıb.

Milli Məclisin deputatı Nigar Məmmədova qeyd edib ki, Zərifə Əliyeva Azərbaycanımızın, o cümlədən dünya tibb elminin inkişafına böyük töhfələr vermiş, Azərbaycan qadınına nümunə ola biləcək sədaqətli silahdaş, gözəl ana, böyük oftalmoloq-alim olmaqla özünün tibbi bilikləri ilə millətimizin, onun övladlarının qayğısına qalıb.Milli Məclisin deputatı Rizvan Nəbiyev Zərifə Əliyevanın tibb  sahəsindəki misilsiz xidmətlərindən danışaraq bildirib ki, akademikin fəaliyyəti nəticəsində ölkəmizdə çoxlu sayda gənc alimlər yetişib. O, Zərifə Əliyevanın ictimai fəaliyyətindən danışaraq qeyd edib ki, o, xeyirxah, hümanist və ictimai xadim kimi xalqımızın yaddaşında qalıb və daima gözəl xatirələrlə anılıb.

Sonra çıxış edən Vətən Müharibəsi şəhidi, leytenant İlqar Vəliyevin həyat yoldaşı, Abşeron Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Təhminə Vəliyeva Zərifə Əliyevanın həyat və fəaliyətindən danışaraq onun oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən, Azərbaycanda vaxtilə geniş yayılmış traxomanın müalicəsindəki fəaliyyətindən söz açıb.

Tədbirin sonunda Azərbaycanın tanınmış incəsənət xadimlərinin ifasında bədii hissə təqdim olunub.

 

 




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Leyla və Arzu Əliyevalar Xan məscidində - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Sosial Xidmətlər Agentliyinin 6 saylı uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.

SOS: Xəzər quruyur - Daha bir XƏBƏRDARLIQ

Xəzər dənizində müşahidə olunan ekoloji dəyişikliklər fonunda dəniz səviyyəsinin sürətlə enməsi ilə bağlı narahatlıq artır. Tehran Konvensiyası Katibliyinin koordinatoru Mahir Əliyevin Astanada keçirilən Regional Ətraf Mühit Sammitində bildirib ki, Xəzər dənizinin suyun səviyyəsi əsrin ortalarına qədər 8-21 metr enə bilər.

Bu şəxslərə avtomobil verildi - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Çernobıl Atom Elektrik Stansiyasında qəza ilə əlaqədar əlilliyi olan 4 şəxsə minik avtomobili təqdim edilib.

Bakıda sənədsiz evlər söküləcək - Kompensasiya kimlərə veriləcək?

Bakıda sənədsiz tikilmiş evlərin sökülməsi məsələsi xüsusən son yağışlardan sonra cəmiyyət arasında ciddi müzakirələrə səbəb olur. Bir tərəfdən şəhərsalma qaydalarının pozulması və təhlükəsizlik məsələləri önə çəkilir, digər tərəfdən isə illərlə həmin evlərdə yaşayan insanların taleyi sual altına düşür.