Bakıda makler həbs edildi - Yarım milyonluq fırıldaq - Foto
Paytaxtın Xəzər rayonu ərazisində daşınmaz əmlakın və torpaq sahələrinin sənədləşdirilməsi vədi ilə zərərçəkənin 21 100 manat vəsaiti dələduzluq yolu ilə ələ keçirilib.
“Cia.az” xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, törətdiyi digər qanunsuz əməllərə görə axtarışda olan 60 yaşlı Elxan Abbasov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs eyni üsulla daha 9 zərərçəkənin etibarından sui-istifadə edərək onlara ümumilikdə 500 min manata yaxın maddi ziyan vurub.
Faktlarla bağlı Xəzər RPİ-də Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Elxan Abbasov əmlak rieltoru (makler) kimi tanınıb.
Polis əməkdaşlarının aprelin 24-də keçirdikləri əməliyyat tədbirləri ilə axtarışda olduqlarına görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 112 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl, Ağdaş, Bakının Qaradağ rayon şöbələrində əməliyyatlar keçirilib.
Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində birgə tədbirlər uğurla davam etdirilir.