2026-cı ilin istehsalat təqviminə və Əmək Məcəlləsinin tələblərinə əsasən, may ayında iki fərqli tarixdə iş saatları qısaldılacaq.
İlk qısaldılma 8 may tarixində tətbiq ediləcək. 9 May - Faşizm üzərində Qələbə Günü istirahət gününə təsadüf etsə də, Əmək Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq, bayramdan əvvəlki iş günü olan 8 mayda iş vaxtı bir saat azaldılır.
Ayın sonuna doğru analoji hal yenidən təkrarlanacaq. Belə ki, 27 may tarixindən başlayan Qurban bayramı tətili ərəfəsində 26 may tarixində də iş günü qısaldılmış hesab olunacaq. Həmin gün ölkə üzrə bütün çalışanlar iş yerlərini bir saat daha tez tərk edə biləcəklər. Mayın 27-dən etibarən isə ardıcıl 5 günlük qeyri-iş günü başlayacaq./Demokrat.az/
Balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu bu gündən etibarən ölkə ərazisindəki bütün su hövzələrində sentyabrın 1-dək qadağan edilir.
Astroloji təqvimə görə, may ayı ümumilikdə aktiv və yenilənmə ilə zəngin olsa da, bəzi günlərdə planetlərin gərgin düzülüşü səbəbindən çətin enerjilər müşahidə oluna bilər.
17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək.
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 2 və 3 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.