Azərbaycanda bu tərəvəzin qiyməti kəskin UCUZLAŞDI
"Azərbaycanda soğan ucuzlaşıb və bazarda qiymətinin aşağı düşməsi məhsulun bolluğu ilə əlaqədardır".
Cia.az xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Komitə sədri təəssüflə qeyd edib ki, bir çox hallarda sahibkarlar reallıqları nəzərə almır, bazarın tələblərini öyrənmir və əhalinin məhsula olan tələbatını vaxtında müşahidə edib araşdırmırlar:
"Buna görə də kartof, soğan və digər kənd təsərrüfatı məhsulları bir balaca bahalaşan kimi sahibkarlar həmin məhsulların yetişdirilməsinə daha böyük önəm verirlər və nəticədə məhsulun bolluğuna səbəb olur. Beləliklə, həmin məhsul bazarda qiymətini itirir".
T.Rzayev hesab edir ki, bu da sahibkarların özlərindən asılıdır: "Çünki onlar torpaq sahibidirlər. Onlara heç vaxt hansı məhsulun əkilməsini və becərilməsini tələb etmək mümkün deyil. Lakin müvafiq orqanlar bunu tənzimləməlidirlər. Bu istiqamətdə maarifləndirmə tədbirləri aparılmalı, fermerlər və sahibkarlar bu barədə ətraflı məlumat almalıdırlar. Həm hava şəraiti, həm də məhsulun hansı miqdarda əkilməsi və bazarın tələbləri onlara aşılanmalıdır. Düşünürəm ki, belə olan halda, bazar tənzimlənər və sahibkarın əməyi əlində qalmaz".
Londonun “ICE Futures” birjasında aparılan son əməliyyatlar zamanı “Brent” markalı xam neft üzrə 2026-cı ilin iyun ayı üçün nəzərdə tutulan fyuçers kontraktlarının qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,7% yüksələrək bir barel üçün 111,17 ABŞ dollarına çatıb.
Ölkəyə idxal olunan həm həcmi, həm də dəyəri artır. Təkcə bu ilin ilk aylarında süd və qaymaq məhsullarına çəkilən xərclər ötən illə müqayisədə 61 faiz yüksəlib. Ümumi idxal xərci artıb. Bu da o deməkdir ki, ağartı məhsulları baha başa gəlir. Nəticədə bu artım bazar qiymətlərinə də təsir edir.
Bu ay Azərbaycanda avtomobil bazarında əsas tendensiya qiymətlərin ümumilikdə sabit qalması fonunda bəzi seqmentlərdə artımın davam etməsi olub. Bahalaşma daha çox ikinci əl, yaxşı vəziyyətdə olan və yanacağa qənaətli avtomobillərdə müşahidə edilib.
Sovet dövrünün ən nadir nəqliyyat vasitələrindən biri olan milis avtomobili satışa çıxarılıb. Uzun illər qorunub saxlanılan bu texnika kolleksiyaçılar üçün əsl tapıntı hesab olunur.
ABŞ-ın İrandan gələn və Hörmüz boğazının açılmasını nəzərdə tutan təklifinə Vaşinqtonun mənfi cavab verəcəyinə dair xəbərlər neft bazarında qiymətlərin artmasına səbəb olub.
İqtisadiyyat Nazirliyinin Kollegiyası “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib