banner
banner

Gündəm

Türkiyədə qalan azərbaycanlılar üçün PİS XƏBƏR

Türkiyədə qalan azərbaycanlılar üçün PİS XƏBƏR

Türkiyə Miqrasiya İdarəsinin qərarına görə, bu ölkədə yaşayış icazəsi almaq üçün dövlət rüsumu (ikamet harcı) kəskin artırılıb.

Əvvəllər ortalama 3700 TL (85 dollar) olan yaşayış icazəsi indi 1 il üçün təxminən 28.000-30.000 lirə (620-670 ABŞ dolları), 2 il üçünsə təxminən 56.000-58.000 lirəyə (1.250-1.300 ABŞ dolları) qədər yüksəldilib.

Bu qərar yalnız 10 ölkəyə şamil edilməyəcək. Həmin ölkələr Türkmənistan, Fələstin, Suriya, ŞKTC, Şrilanka, Kosova, İrlandiya, Danimarka, Nepal, Cex Respublikasıdır.

Görünən odur ki, bu addımdan ən çox zərər görənlər azərbaycanlı tələbələr və iş dalınca Türkiyəyə gedənlər olacaq. Bunun baş verməməsi üçün daha yaxşı olar ki, azərbaycanlı tələbələrə xüsusi güzəşt tətbiq edilsin. Digər tərəfdən, belə böyük artım xarici tələbələrin axını baxımından Türkiyənin təhsil sisteminə ciddi zərbə olacaq.

İqtisadçı ekspert Fuad İbrahimov Bakupost.az-a bildirib ki, bu addım Azərbaycan vətəndaşlarının xərcinin hiss olunan səviyyədə artmasına səbəb olacaq:

"Vətəndaşlarımızın xərcləri təxminən 6-7 dəfə artacaq. Ukrayna və Rusiyada yaşanan vəziyyətlə bağlı olaraq hazırda Azərbaycan vətəndaşları iş dalınca daha çox Türkiyəyə üz tuturlar. Bu addım xüsusən də tələbələrimiz üçün xərc baxımından həddən artıq yük deməkdir. Ali məktəblərin ödənişli olmasını nəzərə alsaq, onlar əlverişsiz vəziyyətə düşəcəklər. Belədə Türkiyəyə təhsil almaq üçün xaricdən gələnlərin sayında da ciddi azalmalar baş verə bilər".

Ekspert məsələyə aydınlıq gətiriləcəyini də düşünür:

"Bir qədər gözləmək lazımdır. Həm də yaxşı olardı ki, heç olmasa azərbaycanlı tələbələrə xüsusi güzəştlər tətbiq edilsin. Yəqin ki, müvafiq qurumlar bu məsələni müzakirə edib, bir qərara gələrlər".

Ekspert bununla belə, hesab etmir ki, yaranmış vəziyyətdə Türkiyəyə oxumağa və iş dalınca gedən soydaşlarımızın sayında azalmalar olacaq:

"İşsiz insanlar bütün hallarda artıq xərc çəkib yenə də iş dalınca Türkiyəyə üz tutacaqlar. Bunun başqa yolu yoxdur. Çünki alternativ tapa bilmirlər. Türkiyəyə gedənlərin sayında azalma yalnız ölkə daxilində külli miqdarda iş yerlərinin açılması fonunda baş verə bilər. Bu isə üfiqdə görünmür".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov da qeyd edir ki, bu qərarın qəbulu orada yaşayan azərbaycanlılar üçün çətinlik yaradacaq:

"Orada çalışan soydaşlarımızın əksəriyyəti aşağı gəlirli sahələrdə çalışanlardır. Onların əlavə ödənişlər etməsi maliyyə göstəricilərinə mənfi təsir etməklə yanaşı, yığım imkanlarını da məhdudlaşdıracaq".

Bununla yanaşı, o da düşünür ki, mövcud durumun Türkiyəyə gedən soydaşlarımızın sayına ciddi təsiri olmayacaq:

"Bu da seçim imkanlarının məhdud olmasından qaynaqlanır".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq 1 milyon 92,6 min nəfər olub. Xüsusilə körfəz ölkələrindən gələn turistlərin sayında 31,4 faizlik azalma qeydə alınıb.

Həmin sürücüləri 100 manat cərimə gözləyir — Açıqlama

Sosial şəbəkələrdə azyaşlı uşaqların avtomobillərin ön oturacağında əyləşdirildiyini əks etdirən görüntülər yayılıb. Bu cür hallar ictimai müzakirələrə səbəb olur və uşaqların avtomobildə təhlükəsiz daşınması məsələsini yenidən gündəmə gətirir.

Azərbaycanda taksi fəaliyyəti dəyişir — Açıqlama

Dünyanın bir sıra ölkələrində süni intellekt və sensor texnologiyaları ilə idarə olunan sürücüsüz avtomobillər artıq real istifadəyə verilib. Xüsusilə taksi xidmətlərində tətbiq edilən bu nəqliyyat vasitələrində sərnişin avtomobilə əyləşir və avtomobil sürücünün iştirakı olmadan təyin olunan ünvana hərəkət edir.

22 iyul – sözün rəsmi ifadəsi günü

22 iyul millətin intibaha açılan qapısı, milli oyanışının başlanğıcıdır. Məhz bu tarixdə xalq sözünə sahib çıxaraq kimliyini, ana dilini və mənəvi dəyərlərini qorumaq yolunda mühüm addım atdı. 1875-ci ilin 22 iyulunda Azərbaycanda söz rəsmiyyət, tribuna və milli oyanışın ifadəsi oldu. Bütün çətinliklərə və basqılara baxmayaraq böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi tarixi ilkə imza ataraq “Əkinçi” qəzetini nəşr etdirdi və bununla da Azərbaycan milli mətbuatının təməlini qoydu. Patriarxal mühitin qatı qaranlığında cəhalətə və mövhumata qarşı ideoloji savaş açan Həsən bəy Zərdabi zülməti maarif nuru ilə yararaq xalqın milli özünüdərkinə, azad fikrin formalaşmasına və mütərəqqi ideyaların kök salmasına yol açdı.

Bələdiyyə sədrinin qardaşı lotoreyada BÖYÜK MƏBLƏĞDƏ PUL UDDU

ABŞ-ın Arkanzas ştatında yerləşən North Little Rock şəhərinin meri Terri Hartvikin qardaşı ölkə tarixinin ən böyük lotereya uduşlarından birinin sahibi olub. 2025-ci ilin dekabrında keçirilən Powerball tirajında qalib gələn şəxsin Treysi L. Hartvik olduğu rəsmi şəkildə açıqlanıb.