Narkotik ittihamı ilə məhkum edilən informasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev vəfat edib.
O, həbsdə xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, bu ilin martında İlqar Əliyevin cəzası 4 ildən 3 ilə endirilmişdi. O, 2023-cü ilin dekabr ayından həbsdə saxlanılırdı.
Xatırladaq ki, İ.Əliyev əvvəllər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də İnformasiya texnologiyaları departamentinin müdiri, həmçinin bank sektorunda müşavir kimi fəaliyyət göstərib.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitə və ya psixotrop maddə əldə etməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkum həm apellyasiya, həm kassasiya şikayətlərində məhkəmədən bəraət istəyirdi./Qafqazinfo
Aprelin 30-da saat 14 radələrində Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində partlayışın baş verməsinə dair Yasamal rayon prokurorluğuna məlumat daxil olub.
“Biz qalib dövlətik. Azərbaycan iqtisadiyyatında çox böyük inkişaf var. Bizim Ermənistana investisiya yatırmağımıza ehtiyac yoxdur. Azərbaycanda yetərincə layihələr var və biz əlimizdən gəldiyi qədər bu işləri uğurla icra etməyə çalışırıq”.
May ayında əfv sərəncamının imzalanıb-imzalanmayacağı hələ də qeyri-müəyyən olaraq qalır. Bununla belə, cəmiyyətdə xüsusilə rezonans doğuran məhkumlarla bağlı mümkün əfv ehtimalları müzakirə mövzusuna çevrilib. Onlardan biri də qonşusunu qətlə yetirməkdə təqsirli bilinərək 9 il 6 ay azadlıqdan məhrum edilən meyxanaçı Rəşad Əmirovdur (Dağlı).
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Beniz” ləqəbli “tiktoker” Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) 23 aprel tarixli bəyanatında əks olunmuş anti-Azərbaycan iddiaları ilə bağlı Şuranın Baş katibinə məktub göndərib.