banner
banner

İqtİsadİyyat

Neftin qiyməti belə oldu- SON RƏQƏMLƏR

Neftin qiyməti belə oldu- SON RƏQƏMLƏR

Dünya birjalarında neft qiymətləri yüksək həddə qalmaqda davam edir.

Cia.az xəbər verir ki, qlobal bazarlarda müşahidə olunan geosiyasi qeyri-müəyyənlik və tədarük zəncirindəki risklər qiymətlərin dinamikasına birbaşa təsir göstərir. Hazırda Londonun ICE birjasında "Brent" markalı neftin bir bareli 110,14 ABŞ dolları səviyyəsində ticarət olunur. Nyu-Yorkun NYMEX birjasında WTI markalı neftin qiyməti isə 103,24 dollar təşkil edir. Analitiklər bildirirlər ki, İranın danışıqlar təklifi fonunda cüzi korreksiya olsa da, Hürmüz boğazındakı vəziyyət qiymətləri yuxarıda saxlayan əsas amildir.

Azərbaycanın "Azeri Light" markalı nefti də dünya bazarındakı trendlərə uyğun olaraq öz bahalı mövqeyini qoruyur. Son rəsmi göstəricilərə əsasən, "Azeri Light" markalı neftin bir barelinin qiyməti cüzi (0,05%) azalaraq 122,26 ABŞ dolları olub. Türkiyənin Ceyhan limanında isə Azərbaycan nefti (FOB bazasında) 118,98 dollar səviyyəsində qərarlaşıb. Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir bareli üçün nəzərdə tutulan orta qiymət 65 ABŞ dollarıdır. Mövcud bazar qiymətləri büdcə proqnozundan təxminən iki dəfə yüksəkdir ki, bu da ölkənin valyuta ehtiyatlarının artmasına müsbət təsir göstərir.


Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ

Comex birjasında 2026-cı ilin dekabrında çatdırılma müddəti ilə qızıl fyuçerslərinin qiyməti 2025-ci il sentyabrın 29-dan bəri ilk dəfə bir troya unsiyası üçün 3 800 dollardan aşağı düşüb.

Taleh Kazımovdan SON DƏQİQƏ AÇIQLAMALARI

"Ölkəmizin strateji valyuta ehtiyatları 4,1% artaraq, 10 ayın nəticələrinə əsasən 88,6 milyard ABŞ dolları səviyyəsinə çatıb. Bu isə kifayət qədər böyük yastıq deməkdir. Bizim strateji valyuta ehtiyatlarımız 40 aylıq mal və xidmətlərin idxalının ödənilməsinə kifayət edir. Birbaşa xarici dövlət borcunu isə 20 dəfə üstələyir".

Avro və rubl ucuzlaşdı, dollar isə...

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

İkinci əl avtomobil almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR

Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır.