banner
banner

Dünya

Türkiyədə son 16 gün

Türkiyədə son 16 gün

Türkiyə özü üçün çox çətin bir mərhələyə qədəm qoyur. Ölkədə hələlik əsas siyasi sturktur olan parlament seçkilərinə çox az qalıb. Vaxt daraldıqca müxalifətlə iqtidar söz güləşlərini də artırırlar. Hər halda müxalifət düşərgəsi üzün illərdir hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasını bu seçkidə laxlatmaq istəyir.
Türkiyədə parlament seckilərinin keçirilməsinə 17 gün qalıb. Vaxt azaldıqca partiyalar arasında siyasi gərginlik də artır. Lakin ilkin reytinq cədvəlinə nəzər yetirdikdə hakim Ədalət və İnkişaf Partiyası yüksək fərqlə öndə görünür.

Müxalifəti təmsil edən Cumhuriyyət Xalq Partiyası və Milliyətçi Hərəkat Partiyası isə 2-ci və 3-cü yerleri paylaşırlar. Hakim AKP-yə birincilik kifayət etmir. Onlar ən az yüzdə 50 faiz səs toplamaq niyətindədirlər. Belə ki, AKP-dən 360-dan çox millət vəkili seçilərsə, o zaman hakim partiya öz niyətinə çatmış olacaq. 

Növbəti mərhələdə isə Türkiyə hökuməti prezident üsul-idarə sisteminə keçid alacaq.

Bütün digər partiyalar hakimiyyətin tam şəkildə hazırki prezident Rəcəb Tayyib Ərdoğanın əlinə keçməməsi üçün xalqa müxtəlif vədlərlə çıxış edirlər.
Ekspertlərin fikrincə, isə AKP yenə də lider olaraq qalacaq. Lakin istədikləri qədər millət vəkilinin seçiləcəyi hələ sual altındadır. AKP mənsubları isə çox iddialıdır. Bütün seçki məntəqələrində son hazırlıq işlərinin bitdiyini və yüksək səs faizi toplayacaqlarını söyləyirlər.

“Artıq bir həftədir əraziləri gəzirik. Millətimizin gücünə inanırıq və baş nazirimizin hədəflədiyi yüzdə 55 səsi toplayacağımıza inanırıq, millətimizin AKP güvəni və etibarı yüksəkdir. İnsanlarımız AKP-ni təkrardan iqtidar edəcək”, – deyə AKP-nin seçki dairəsinin sədri Əhməd Poyraz bildirib.
Müxalifət partiyalarının millət vəkilləri isə bu seçkilərdə hakim partiyanın uğur qazanmayacağını və 7 iyun seçkilərində iqtidarın zəyifləyəcəyini deyirlər.

“MHP ciddi hazırlıq işləri görüb və tam hazırlıqlı bir şəkildə seçimlərə giririk. Millətimizdən böyük dəstək görürük və bu seçimlərdə yüksək nəticələrlə qazanacağımıza inanırıq”, - deyə MHP-nin millət vəkili Atilla Kaya qeyd edib.
Seçkilərdə 52 milyon 894 min seçici növbəti 5 illik üçün öz siyasi partiyasını seçəcək. Artıq Türkiyənin hər yerində parlament seçkiləri ilə bağlı ölkənin Daxili İşlər Nazirliyi tərəfindən ciddi təhlükəsizlik tədbirləri görülüb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.