“WhatsApp” tətbiqində bir sıra yeni dəyişikliklər tətbiq olunub.
Son yeniləmələrdə əsas diqqət məhz məxfilik, süni intellekt və istifadə rahatlığına yönəlib. Belə ki, artıq istifadəçilər telefon nömrəsini paylaşmadan “username” vasitəsilə əlaqə qura biləcəklər ki, bu da təhlükəsizliyi artırır.
Bundan əlavə, tətbiqə süni intellekt əsaslı cavab təklifləri və foto redaktə funksiyaları əlavə olunub. Bu yeniliklər istifadəçilərin mesajlaşmanı daha sürətli və rahat etməsinə imkan yaradır.
Yeni funksiyalar arasında eyni cihazda bir neçə hesabdan istifadə imkanı da yer alır. Bu xüsusilə iş və şəxsi hesabları ayırmaq istəyənlər üçün əlverişli hesab olunur.
Digər tərəfdən, tətbiq köhnə telefonlarla bağlı ciddi qərar verib. Məlumata görə, 2026-cı ilin sentyabrından etibarən Android 6-dan aşağı versiyalarda “WhatsApp” işləməyəcək.
Şirkət bu addımı yeni texnologiyaları tətbiq etmək və təhlükəsizliyi gücləndirmək məqsədilə atdığını açıqlayıb./mətbuat.az
Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Astroloqların proqnozlarına görə, iyul ayında bəzi tarixlər yeni başlanğıclar, maliyyə uğurları və şəxsi münasibətlər baxımından daha əlverişli enerji ilə seçilə bilər.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
İyulun 16-da paytaxtın və Lənkəranın bir sıra ərazilərində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.