Alimlər müəyyən ediblər ki, vegetarian qidalanma (ətdən imtina) bəzi xərçəng növlərinin yaranma riskini azalda bilər. Lakin bu qidalanma formasının müəyyən mənfi tərəfləri də mövcuddur.
Ət məhsullarından imtina edən insanlarda süd vəzi, böyrək, mədəaltı vəzi, prostat xərçəngi və çoxsaylı mieloma kimi xəstəliklərə daha az rast gəlinir.
Araşdırma təxminən iki milyon insanın məlumatları əsasında aparılıb və iştirakçılar orta hesabla 16 il ərzində müşahidə olunub. Nəticələr göstərib ki, ciddi vegetarianlarda çoxsaylı mieloma riski 31 faiz, böyrək xərçəngi riski isə 28 faiz daha aşağı olub. Bundan əlavə, mədəaltı vəzi xərçəngi riski təxminən 21 faiz, prostat xərçəngi 12 faiz, süd vəzi xərçəngi isə 9 faiz azalıb.
Eyni zamanda heyvani məhsulları qismən məhdudlaşdıran insanlarda da müsbət nəticələr müşahidə olunub. Məsələn, yalnız balıq qəbul edib, lakin ət yeməyən şəxslərdə süd vəzi, böyrək və bağırsaq xərçəngi riski 7–27 faiz arasında azalıb. Qırmızı ətdən imtina edib, lakin quş ətini rasionda saxlayan insanlarda isə prostat xərçəngi riskinin müəyyən qədər azaldığı qeydə alınıb.
Bununla yanaşı, araşdırma bəzi əks nəticələri də üzə çıxarıb. Belə ki, veqanlarda bağırsaq xərçəngi riski təxminən 40 faiz daha yüksək olub. Vegetarianlarda isə boğaz toxumalarının xərçəngi ehtimalının demək olar ki, iki dəfə artdığı müəyyən edilib.
Mütəxəssislər qeyd edirlər ki, bu tədqiqat müşahidə xarakterli olduğuna görə səbəblər tam dəqiq müəyyən edilməyib. Ehtimal olunur ki, balanssız bitki əsaslı qidalanma zamanı bəzi vacib qida maddələrinin çatışmazlığı bu fərqlərə səbəb ola bilər. (lent.az)
“Elektron Resept Sistemində reseptlərin saxtalaşdırılması riskinin minimuma endirilməsi məqsədilə çoxsəviyyəli təhlükəsizlik və nəzarət mexanizmləri tətbiq olunur”.
Xərçəng hüceyrələri hər gün bədənimizdə yaranır, lakin güclü immun sistemi onların böyüməsinə imkan vermir. Müdafiə mexanizmi zəiflədikdə isə xəstəlik üçün münbit şərait yaranır.
Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz.
Diş sağlamlığı ilə bağlı gözardı edilən məqamlar yenidən diqqət mərkəzinə düşüb. Həkimlər gündəlik qidalanmanın təsirini xatırladır, bəzi məhsulların isə dişlər üçün ciddi təhlükə yaratdığını deyir.
Mədə yanması və qıcqırma çox vaxt qidaların tərkibindən deyil, onların qəbulu zamanı yol verilən vərdişlərdən qaynaqlanır. Qastroenteroloq Aleksandra Metelina bildirib ki, ən geniş yayılmış yanlışlıqlardan biri yemək yeyərkən eyni zamanda çay içməkdir.
Həkimin sözlərinə görə, qidanı fasilə vermədən maye ilə qəbul etmək mədəyə artıq havanın daxil olmasına şərait yaradır. Bu isə sonradan gəyirmə, yanğı və narahatlıq hissi ilə nəticələnir. Eyni hal yeməyi çox sürətlə yeyən insanlarda da müşahidə olunur. Sürətli qidalanma zamanı udulan hava həzm prosesini çətinləşdirir və sanki keyfiyyətsiz qida yeyilmiş təəssüratı yaradır.
Orqanizm üçün həyati əhəmiyyət kəsb edən vitamin D-nin həddindən artıq qəbulu ciddi sağlamlıq problemlərinə yol aça bilər. Elm adamları qida əlavələrinin populyarlaşması ilə dozanın aşılması hallarının kəskin artdığını bildirirlər.
Yaz fəslində təbiətin oyanması ilə birlikdə müxtəlif təzə göyərtilər də süfrəmizə daxil olur. Bu göyərtilər yalnız dad baxımından deyil, həm də sağlamlıq üçün olduqca faydalıdır.
Mədə yanması və Qastrit zamanı əsas problem mədə selikli qişasının həssaslaşması və turşuluğun artmasıdır. Bu vəziyyətdə düzgün seçilmiş bitki çayları həm iltihabı azalda, həm də yanma hissini yüngülləşdirə bilər. Lakin hər çay faydalı deyil — bəziləri əksinə, vəziyyəti ağırlaşdıra bilər.