banner
banner

Makron İrəvandan sonra Prezident Əliyevlə danışacaq: Xahişi varmış - özü açıqladı

Makron İrəvandan sonra Prezident Əliyevlə danışacaq: Xahişi varmış - özü açıqladı

Fransa prezidenti Emmanuel Makron İrəvana səfərindən sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə danışacağını açıqlayıb.

Cia.az xəbər verir ki, Makron açıqlamasında Bakıda saxlanılan erməni əsirləri məsələsini də gündəmə gətirəcəyini bildirib. Fransa prezidentinin sözlərinə görə, regiondakı vəziyyət və “humanitar məsələlər” müzakirələrin əsas mövzularından biri olacaq.

Lakin rəsmi Parisin son illərdə Azərbaycana qarşı sərgilədiyi mövqe fonunda bu açıqlama Bakıda və Azərbaycan ictimai rəyində ciddi suallar doğurur. Çünki Fransa uzun illər ATƏT-in Minsk Qrupunun həmsədri statusunu daşımasına baxmayaraq, vasitəçi neytrallığını qorumaq əvəzinə açıq şəkildə Ermənistanın yanında yer aldı.

Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə və sonrakı mərhələdə Makron administrasiyası Azərbaycana qarşı ardıcıl ittihamlar səsləndirdi, Avropa platformalarında anti-Azərbaycan kampaniyalarının önündə getdi. Fransa Senatı və Milli Assambleyasında qəbul olunan birtərəfli qətnamələr, Qarabağdakı separatçı rejimə açıq simpatiya nümayiş etdirilməsi, Ermənistanın silahlandırılması istiqamətində atılan addımlar Bakıda Fransaya münasibəti ciddi şəkildə dəyişdi.

Azərbaycan cəmiyyətində formalaşan ümumi qənaət budur ki, Fransa heç bir zaman neytral vasitəçi olmayıb, həmişə regionda Ermənistanın əsas siyasi tərəfdaşlarından biri olub. Bu səbəbdən də Makronun indi “humanitar gündəm” adı altında Bakıya mesaj verməsi Musavat.com tərəfindən siyasi riyakarlıq kimi qiymətləndirilir.

Rəsmi Bakı isə dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində saxlanılan şəxslər “əsir” deyil, konkret cinayət və terror fəaliyyəti ittihamları ilə məsuliyyətə cəlb olunan şəxslərdir. Azərbaycan tərəfi hesab edir ki, bu məsələyə xarici müdaxilə cəhdləri ölkənin suveren hüquqlarına təzyiq kimi qəbul olunur.

Bütün bunların fonunda əsas sual dəyişməz qalır: illərlə Azərbaycana qarşı qərəzli siyasət yürüdən, işğalçı Ermənistanın mövqeyini müdafiə edən Fransanın indi Bakıya hansı mənəvi və siyasi əsasla “humanitar çağırışlar” etməyə haqqı var?



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər:

Pensiyalar BU TARİXDƏ artırılacaq - dəqiq zaman AÇIQLANDI

"Pensiyalarda artım faizi ilə bağlı bizə ünvanlanan suallara cavab olaraq bildirmək istərdik ki, mövcud qanunvericiliyə əsasən, pensiyadakı artımlar indeksləşdirmə və yardımların verilməsi formasında həyata keçirilir. Əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əmək haqqıdakı artım faizinə uyğunlaşdırılır".