banner
banner

Sosİal

Bu həftə Azərbaycanda qısa iş günü OLACAQ

Bu həftə Azərbaycanda qısa iş günü OLACAQ

Azərbaycanda qısaldılmış iş günü olacaq.

Cia.az xəbər verir ki, əmək Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq, 8 may bayramdan əvvəlki iş günü olduğu üçün iş saatları bir saat azaldılacaq.

9 May Qələbə Günü münasibətilə rəsmi qeyri-iş günüdür. 9 May şənbə gününə təsadüf etdiyi üçün, qanunvericiliyə əsasən istirahət günü ilə iş günü yerini dəyişir və 11 may qeyri-iş günü hesab olunur.

Beləliklə, həftəlik beşgünlük iş qrafiki ilə çalışanlar üçün 9, 10 və 11 may tarixləri ardıcıl istirahət günləri olacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda balıq ovu QADAĞAN EDİLDİ

Balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu bu gündən etibarən ölkə ərazisindəki bütün su hövzələrində sentyabrın 1-dək qadağan edilir.

Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ - Bu gün saat 10:00-16:00 aralığında...

17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək.