Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, 8 və 9 may tarixlərində faşizm üzərində qələbənin qeyd olunması ilə əlaqədar atəşkəs elan edilir.
Cia.az xarici mediaya istinadla xəbər verir ki, açıqlamada Rusiya Silahlı Qüvvələrinin bayram tədbirlərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görəcək. Nazirlik qeyd edib ki, Rusiya atəşkəs elan etməsi ilə əlaqədar Ukrayna tərəfinin də bu addımı dəstəkləyəcəyinə ümid edir.
Bildirilib ki, əgər Ukrayna tərəfi Qələbə Gününün qeyd olunmasına mane olmaq məqsədilə “cinayətkar planlarını” həyata keçirməyə cəhd edərsə, Rusiya Silahlı Qüvvələri Kiyevin mərkəzinə cavab zərbəsi endirəcək.
Rusiya Müdafiə Nazirliyi Kiyev şəhərinin mülki əhalisini və xarici diplomatik nümayəndəliklərin əməkdaşlarını şəhəri vaxtında tərk etməyə çağırıb.
Prezident İlham Əliyev “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nı təsdiq edib.
“Ötən il tarixi Vaşinqton sammitindən sonra Prezident İlham Əliyev bildirib ki, Azərbaycan üçün sülh artıq baş verib. Sonrakı mərhələdə Azərbaycan tərəfindən önəmli addımlar atıldı”.
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı sammiti (ŞƏT) çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ayaqüstü söhbət edib.
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçiriləcək sammitində iştirak etmək üçün Qırğızıstana yola düşüb. Dövlət başçısının səfərini işıqlandıracaq Azərbaycan jurnalistləri də artıq Bişkekə gediblər.