banner
banner

Sosİal

2 yaşlı uşağı qəbristanlıqda atıb qaçdılar - vicdansızlığın piki

2 yaşlı uşağı qəbristanlıqda atıb qaçdılar - vicdansızlığın piki

Abşeron rayonunun Goradil qəsəbəsinin qəbiristanlığında azyaşlı uşağın tərk edilmiş vəziyyətdə tapıldığı bildirilir.

Cia.az xəbər verir ki, təxminən 2 yaşı olan uşaq qəbiristanlıq ərazisində, Fatimeyi Zəhra məscidinin yaxınlığında yatmış vəziyyətdə aşkarlanıb. Hadisə ilə bağlı məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşıb. Onun sözlərinə görə, uşağı polis əməkdaşları taparaq, qurumun sığınacağına təhvil veriblər.

Kəmalə Ağazadə qeyd edib ki, uşağın kimliyi hələ müəyyənləşdirilməyib. Uşaq bəzi sözlər deyə bilsə də, adını və ailəsi ilə bağlı məlumatları ifadə etməkdə çətinlik çəkir. Hazırda hüquq-mühafizə orqanları tərəfindən valideynlərin tapılması istiqamətində araşdırmalar aparılır.

Kəmalə Ağazadə həmçinin qeyd edib ki, uşağa müvəqqəti olaraq “Tale” adı verilib. Onun sağlamlıq vəziyyətinin nəzarətdə olduğu, təhlükəsiz mühitdə saxlanıldığı bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Məsələ ilə bağlı araşdırmalar davam edir. Uşağı tanıyan və ya onun ailəsi barədə məlumatı olan şəxslərdən hüquq-mühafizə orqanlarına müraciət etmələri xahiş olunur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Velosiped və skuter istifadəçilərinə ŞAD XƏBƏR

AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir.

Azərbaycanda balıq ovu QADAĞAN EDİLDİ

Balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu bu gündən etibarən ölkə ərazisindəki bütün su hövzələrində sentyabrın 1-dək qadağan edilir.