banner
banner

Gündəm

WUF 13 zamanı yollarda məhdudiyyət olacaqmı? RƏSMİ

WUF 13 zamanı yollarda məhdudiyyət olacaqmı? RƏSMİ

“Yollarda məhdudlaşdırılma nəzərdə tutulmur. Tədbirin açılışı günü təhlükəsizlik məqsədilə qısamüddətli bağlanma ola bilər”.

Cia.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) günlərində nəqliyyatın idarə olunması planına dair brifinqdə bildirib.

O qeyd edib ki, rayonlardan Bakıya gələn avtomobillər üçün məhdudiyyət olmayacaq:

“Xüsusi postların qurulması nəzərdə tutulmur. Rəsmi açılış günü paytaxtın cənub hissəsindən (Lökbatan) digər istiqamətlərə yönləndirmə ola bilər. Ümumi istifadədə olan hərəkət zolaqlarında hərəkət edən digər nəqliyyat vasitələrinin sürücülərinə cərimə tətbiq oluna bilər”.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Mətbuat Şurasından müsahiblərlə bağlı ÇAĞIRIŞ

"Media orqanları və jurnalistlər müsahibə götürdükləri şəxslərin fikirlərini hissələrə bölərək, müxtəlif sərlövhələrlə təqdim edirlər. Əlbəttə, bu onların müstəsna hüququdur və heç şübhəsiz, geniş izləyici və oxucu auditoriyası toplamağa hesablanıb. Lakin bir çox hallarda bu üsula üstünlük verilməsi müsahiblərdə ciddi narazılıq doğurur. Narazılıq, xüsusən, həmin hissələrin sosial şəbəkələrdə paylaşılması zamanı meydana çıxır".

Əhaliyə ŞAD XƏBƏR: Bu cərimələr silinə BİLƏR

"Kənd təsərrüfatına mane olan yaşıllıqların götürülməsi üçün icazə tələbinin aradan qaldırılması təklifi qəbul edildikdə bu pozuntuya görə yazılmış, amma icra edilməyən cərimələrə də şamil olunacaq".

İlqar Əliyev həbsdə vəfat etdi

Narkotik ittihamı ilə məhkum edilən informasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev vəfat edib.