Sosial şəbəkələrdə saxta profillər işlədənlərin NƏZƏRİNƏ
Sosial şəbəkələrdə saxta profillərin artması ciddi narahatlıq doğurur. Mütəxəssislərin və istifadəçilərin fikrincə, bu tip hesabların əsas məqsədi anonim qalaraq dezinformasiya yaymaq, təhqir və qeyri-etik məzmunlu şərhlər yazmaqdır.
Milli.Az xəbər verir ki, bəzi vətəndaşlar bildirirlər ki, xüsusilə uşaqlar üçün nəzərdə tutulmayan kontentlərə nəzarətsiz giriş halları da artır. Onların fikrincə, bu vəziyyət sosial media istifadəsinin daha sərt tənzimlənməsini gündəmə gətirir.
Sakinlər ümumiyyətlə sosial şəbəkələrin məhdudlaşdırılmasının daha düzgün ola biləcəyini düşünür.
Beynəlxalq təcrübəyə gəldikdə, Yunanıstanda saxta profil istifadəsinin qarşısını almaq üçün yeni qaydalar müzakirə olunur. Planlaşdırılan mexanizmə əsasən, hər istifadəçinin yalnız bir real şəxsə bağlı hesab açması nəzərdə tutulur.
Mövzu ilə bağlı İKT mütəxəssisi Asim Namazov bildirib ki, Azərbaycanda da bu istiqamətdə müəyyən tənzimləmələrin tətbiqi mümkündür. Onun sözlərinə görə, burada əsas məsələ təhlükəsizliklə şəxsi məlumatların qorunması arasında düzgün balansın saxlanılmasıdır.
Mütəxəssislər hesab edirlər ki, əgər sosial mediaya nəzarət güclənsə. klavyatura arxasında əyləşənlər platforma normalarına qarşı daha diqqətli ola bilərlər.
"Media orqanları və jurnalistlər müsahibə götürdükləri şəxslərin fikirlərini hissələrə bölərək, müxtəlif sərlövhələrlə təqdim edirlər. Əlbəttə, bu onların müstəsna hüququdur və heç şübhəsiz, geniş izləyici və oxucu auditoriyası toplamağa hesablanıb. Lakin bir çox hallarda bu üsula üstünlük verilməsi müsahiblərdə ciddi narazılıq doğurur. Narazılıq, xüsusən, həmin hissələrin sosial şəbəkələrdə paylaşılması zamanı meydana çıxır".
"Kənd təsərrüfatına mane olan yaşıllıqların götürülməsi üçün icazə tələbinin aradan qaldırılması təklifi qəbul edildikdə bu pozuntuya görə yazılmış, amma icra edilməyən cərimələrə də şamil olunacaq".
Aprelin 30-da saat 14 radələrində Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində partlayışın baş verməsinə dair Yasamal rayon prokurorluğuna məlumat daxil olub.