banner
banner

Sosİal

Hansı gülləri əkənləri həbs edə bilərlər? – SİYAHI

Hansı gülləri əkənləri həbs edə bilərlər? – SİYAHI
 

Rusiyada narkotik və psixotrop maddələr ehtiva edən bitkilərin qanunsuz becərilməsinə görə məsuliyyət nəzərdə tutulur.

Cia.az xəbər verir ki, bu barədə Moskva Ticarət-Sənaye Palatasının mediatoru Yana Kovalevskaya açıqlama verib.

Məlumata görə, Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 10.5.1-ci maddəsi bu cür bitkilərin qanunsuz yetişdirilməsinə görə cəza tədbirlərini müəyyən edir.

Qeyd olunur ki, geniş yayılmış dekorativ bitkilərdən olan ipomeyanın bəzi növləri də qadağan olunan siyahıya daxildir. Bundan əlavə, aşağıdakı bitkilərin becərilməsi qanunsuz sayılır:

“Havay qızılgülü” kimi tanınan növlər

Salvia divinorum

Psychotria viridis

Erythroxylum coca və digərləri

Ekspertin sözlərinə görə, belə bitkilərin becərilməsi iri həcmdə olarsa, cərimələr 300 min rubla qədər arta bilər. Eyni zamanda 480 saata qədər ictimai işlər, iki ilədək azadlığın məhdudlaşdırılması və ya həbs cəzası tətbiq oluna bilər.

Vurğulanır ki, məsuliyyət yalnız bu cür bitkiləri qəsdən əkən şəxslərə şamil edilir. Bitki sahədə öz-özünə bitərsə, bu halda hüquqi məsuliyyət nəzərdə tutulmur.

 

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Bu ərazilərdə işıq olmayacaq

İyulun 16-da paytaxtın və Lənkəranın bir sıra ərazilərində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.