banner
banner

Dünya

TƏCİLİ! Moskvaya ŞİDDƏTLİ HÜCUM: 12 hava limanı uçuşları DAYANDIRDI

TƏCİLİ! Moskvaya ŞİDDƏTLİ HÜCUM: 12 hava limanı uçuşları DAYANDIRDI

"Rosaviasiya" Rusiyanın 12 hava limanında uçuşlara məhdudiyyət qoyulduğunu açıqlayıb.

Cia.az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu tədbirlər təhlükəsizliyin təmin edilməsi məqsədilə həyata keçirilib.

Qurumun məlumatına görə, Kaluqa, Vnukovo, Gelencik, Krasnodar, Yaroslavl, Saratov, Penza, Pskov, İvanovo, Soçi və Tambov hava limanları reysləri qəbul etmir və yola salmır.

Bundan əlavə, Moskvanın "Şeremetyevo" və Nijni Novqorod hava limanları reysləri yalnız hakimiyyət orqanları ilə razılaşdırılmış şəkildə həyata keçirir.

Məhdudiyyətlərə səbəb Moskva vilayətinin bir neçə rayonunda PUA (pilotsuz uçuş aparatı) təhlükəsinin elan edilməsidir. Hava Hücumundan Müdafiə qüvvələri paytaxt istiqamətində uçan iki dronu vurub. Həmçinin Krasnodar diyarı, Ryazan və Tambov vilayətləri ilə yanaşı, digər regionlarda da PUA təhlükəsi barədə xəbərdarlıq edilib.

Musavat.com.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyədə həyat İFLİC OLDU

İstanbulda müşahidə olunan güclü fırtına şəhərin bir çox rayonunda gündəlik həyata ciddi təsir göstərib. Güclü külək nəticəsində bəzi binaların dam örtükləri qoparaq ətrafa səpələnib, ağaclar aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.