Nazirlər Kabineti “Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 001/2026/AZ)”i təsdiqləyib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Qərarda qeyd olunur ki, sənəd 6 ay sonra qüvvəyə minəcək. Həmin Texniki Reqlament onun qüvvəyə mindiyi tarixdən əvvəl istismara verilməmiş, istehsal prosesində olan və ölkədə istehlak bazarında dövriyyəyə buraxılacaq qurğu və avadanlıqlara tətbiq olunacaq.
Texniki Reqlament aşağıdakı qurğu və avadanlıqları əhatə edəcək:
Bundan əlavə, Texniki Reqlament aşağıda göstərilən qurğu və avadanlıqlara tətbiq olunmur:
– buxar təzyiqi 0,07 MPa-dan yuxarı olan buxar qazanları və suyun temperaturu 115 °C-dən artıq olan suqızdırıcı qazanlar;
– bu Texniki Reqlamentə 1 nömrəli əlavədə verilmiş Siyahıya daxil edilmiş qurğu və avadanlıqlar istisna olmaqla, sənaye müəssisələrində texnoloji proseslərdə istifadəsi nəzərdə tutulan qurğu və avadanlıqlar;
– qazdan mühərrik yanacağı qismində istifadə edən qurğular.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.