banner
banner

Sosİal

Dünyanın ən sağlam ədviyyatı seçildi — Zəncəfil deyil

Dünyanın ən sağlam ədviyyatı seçildi — Zəncəfil deyil

Zəncəfil və sarıkökün populyarlığına son qoyacaq yeni araşdırmanın nəticələri açıqlanıb. Son elmi tədqiqatlar mətbəximizdə hər zaman olan ədviyyatın antioksidant gücü ilə bütün rəqiblərini geridə qoyduğunu sübut edib.

Qida kimyaçıları tərəfindən aparılan sınaqlar nəticəsində dünyanın ən yüksək antioksidant dəyərinə malik məhsulu müəyyənləşib. Məlum olub ki, illərdir faydaları ilə tanınan zəncəfil və istiotu kölgədə qoyan həmin "super ədviyyat" mixəkdir. Tərkibindəki "öjenol" komponenti sayəsində mixək hüceyrələri sərbəst radikalların hücumundan qoruyur və bədəndəki xroniki iltihabı qısa müddətdə aradan qaldırır.

Mixəyin vahid çəki başına düşən faydalı birləşmə miqdarı zəncəfil və sarıkökdən qat-qat çoxdur.

Bu ədviyyatın müntəzəm və doğru miqdarda qəbulu orqanizmdə bir çox müsbət dəyişikliklərə səbəb olur. Mixək qaraciyər funksiyalarını dəstəkləyərək piylənmənin qarşısını alır, mədə turşusunu tənzimləyir və həzm fermentlərini aktivləşdirərək köp problemini həll edir. Eyni zamanda insulinin həssaslığını artıraraq qan şəkərini balansda saxlayan bu vasitə, ağız boşluğundakı zərərli bakteriyaları yox edərək diş əti sağlamlığını qoruyur.

Mütəxəssislər bildirir ki, mixəkdən maksimum fayda görmək üçün onu sadəcə çaya atmaq kifayət deyil. Ədviyyatın əzilərək və ya toz halına salınaraq yeməklərə əlavə edilməsi onun tərkibindəki faydalı yağların üzə çıxmasını asanlaşdırır. Lakin tərkibi çox güclü olduğu üçün gündəlik bir-iki ədəd və ya yarım çay qaşığı toz formasından artıq istifadə edilməməlidir.

Yəni, aparılan araşdırmalar göstərir ki, mixək orqanizmi zərərli maddələrdən təmizləmək, həzmi yaxşılaşdırmaq və şəkəri tənzimləmək baxımından ən güclü təbii vasitə hesab olunur.//Demokrat.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evi sökülənlərə MÜJDƏ – Təzminatın məbləği...

Sahəsi az olan evlərə verilən kompensasiyalarla bağlı xüsusi yanaşmanın tətbiqi təklif edilir. Bu təkliflə millət vəkili Vüqar Bayramov çıxış edib. O bildirib ki, mövcud qaydalara əsasən, söküntü zamanı ev sahiblərinə dövlət büdcəsindən kompensasiya ödənilir. Bu kompensasiya məbləği mənzilin və ya evin harada yerləşməsindən asılı olaraq müəyyənləşir – şəhərin mərkəzindəkilərə daha çox kompensasiya ödənilir.

Uşaqlara zorakılıq edənlər 600 manat cərimələnəcək

Uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verilməməsinə görə cərimə tətbiq olunacaq. Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən yeni - 189-4-cü və 189-5-ci maddələrdə əksini tapıb.

Bu şəxslərin maaşları ARTIMLA GƏLƏCƏK - RƏSMİ

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış tibb məntəqələrində COVID-19-a yoluxmuş xəstələrə yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb.

Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ

Yaz mövsümündə havaların gözləniləndən daha sərin keçməsi cəmiyyətdə yay aylarının necə olacağı ilə bağlı suallar yaradır. Temperatur balansının pozulması və qeyri-sabit hava şəraiti iqlim dəyişikliklərinin təsirlərini daha qabarıq göstərir. Xüsusilə yaz aylarında soyuq hava kütlələrinin aktivliyi diqqət çəkən amillərdən biridir. Bunun fonunda belə bir sual aktuallaşır ki, yazın sərin keçməsi yayda kəskin istilərin olacağı ehtimalını artırır?

Velosiped və skuter istifadəçilərinə ŞAD XƏBƏR

AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir.