Azərbaycan neftinin qiyməti ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ
Dünya enerji bazarlarında neft qiymətlərində eniş davam edir. Son ticarət əməliyyatlarının nəticələrinə əsasən, Azərbaycanın ixrac etdiyi “Azeri Light” markalı neftin bir bareli 3 dollardan çox ucuzlaşıb.
Cia.az xəbər verir ki, hazırda Azərbaycan neftinin bir bareli 105,55 ABŞ dollarına satılır. Bu, əvvəlki göstərici ilə müqayisədə 3,16 faiz azalma deməkdir.
Eyni zamanda, “Brent” markalı neftin iyul fyuçersləri də ucuzlaşaraq 100,59 dollar səviyyəsində qərarlaşıb.
Türkiyənin Ceyhan limanında FOB bazasında satılan “Azeri Light” neftində də qiymət enişi qeydə alınıb. Burada Azərbaycan neftinin bir barelinin qiyməti 102,46 dollara düşüb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta satış qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb. Xatırladaq ki, “Azeri Light” markalı neftin tarixdə ən aşağı qiyməti 2020-ci ilin aprelində 15,81 dollar olub. Ən yüksək qiymət isə 2008-ci ilin iyul ayında qeydə alınıb və 149,66 dollara çatıb.
Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.
Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.
Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.