banner
banner

Səhİyyə

Dəhşətli virus SÜRƏTLƏ YAYILIR - Yeni yoluxmalar aşkarlandı

Dəhşətli virus SÜRƏTLƏ YAYILIR - Yeni yoluxmalar aşkarlandı

"MV Hondius" kruiz laynerində baş verən epidemiya ilə əlaqəli olduğu ehtimal edilən iki yeni hantavirusa yoluxma halı İspaniyada və Atlantik okeanının cənubundakı Tristan-da-Kunya arxipelaqında qeydə alınıb.

Cia.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.

Bildirilir ki, yoluxmalardan biri İspaniyanın Alikante əyalətində hantavirus simptomları müşahidə olunan 32 yaşlı qadınla bağlıdır. Ölkənin səhiyyə məsələləri üzrə dövlət katibi Xavyer Padilyanın sözlərinə görə, həmin şəxs aprelin 25-də infeksiyadan vəfat edən "MV Hondius" laynerinin niderlandlı sərnişini ilə eyni təyyarədə uçub.

İkinci şübhəli yoluxma halı isə Böyük Britaniyanın dəniz aşırı ərazisi olan Müqəddəs Yelena və Tristan-da-Kunya adalarına daxil olan arxipelaqda bir Britaniya vətəndaşında aşkarlanıb.

"Reuters" əlavə edir ki, həmin şəxsin aprelin 13-dən 15-nə dək adalardakı dayanacaq zamanı gəmidən düşdüyü ehtimal edilir.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Milyardlıq dərmanlar işə yaramadı — Tibbdə qalmaqal

Altsheymer xəstəliyinin müalicəsində inqilab kimi qiymətləndirilən yeni nəsil dərmanlar xəstələrin real vəziyyətində gözlənilən dəyişikliyi yaratmayıb. Tibb dünyasının ən nüfuzlu təşkilatlarından biri olan "Cochrane" tərəfindən aparılan genişmiqyaslı təhlillər bu preparatların klinik baxımdan əhəmiyyətli fayda vermədiyini üzə çıxarıb.

Səhiyyə naziri əmr imzaladı

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, 2026-cı ilin 19–25 aprel tarixlərində respublikanın şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək.

TƏCİLİ! TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilir

Prezident İlham Əliyev icbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı mühüm Fərman imzalayıb. Sənədə əsasən, əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı sistem yenidən qurulur və bu sahədə bir sıra səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) verilir.

Bu körpələrə icbari tibbi sığorta ilə xidmət göstərildi

Vaxtından əvvəl doğulmuş azçəkili körpələrin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır. Ötən il azçəkili doğulan 1445 yenidoğulmuş küvəzdə xüsusi tibbi nəzarət altında saxlanılmış, tənəffüs çatışmazlığı diaqnozu qoyulan 2538 yenidoğulmuş isə oksigenlə, ventilator dəstəyi və digər təcili reanimasiya üsulları ilə müalicə almışdır. Yenidoğulmuşlara ümumilikdə 109 mindən çox tibbi xidmət göstərilmişdir.