Müğənni Vüsal Əliyevin bir neçə gün əvvəl keçirilən ad günü mərasimindən yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məclisdə çəkilən videoda sərxoş vəziyyətdə olan bir şəxsin müğənni Kəmalə Günəşliyə qarşı etik çərçivədən kənar davranış sərgilədiyi əks olunub. Sözügedən anlar izləyicilər tərəfindən birmənalı qarşılanmayıb və tənqidlərə yol açıb.
Hadisədən sonra Vüsal Əliyev sosial media hesabında videomüraciət yayımlayaraq baş verənlərə münasibət bildirib. Müğənni xoşagəlməz görüntülərə görə izləyicilərdən və ictimaiyyətdən üzr istəyib.
Həmin görüntülər qısa zamanda sosial şəbəkələrdə gündəm mövzularından birinə çevrilib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.
"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".
“Həyat doğrudan da hər gün yeni sınaqlar, gözlənilməz anlar və dayanmadan irəliləməyi tələb edən bir mübarizədir. Bəzən bu yolda bir az motivasiyaya, bəzən isə sadəcə rahatlamağa ehtiyac duyulur”.