banner
banner

Sosİal

Nazirlik məlumat yaydı - PENSİYALAR ARTIB

Nazirlik məlumat yaydı - PENSİYALAR ARTIB

Bu ilin yanvar-aprel aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (248 mln. manat) çox olmaqla 2 mlrd. 608 mln. manat vəsait yönəldilib.

Bununla bağlı Cia.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Pensiyalarda artım dinamikası davam edir. Cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb və 1 may 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manata çatıb.

Yanvar-aprel ayları ərzində 15 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 193 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Mayın 14-də qaz kəsiləcək - Bu ərazilərdə

Sabah saat 10:00-dan isə Ağcabədi şəhərinin T.İsmayılov, İ.Qayıbov küçələrinin və rayonun 8 kəndinin, Zərdab rayonunun 18 kəndinin, saat 14:00-dan Füzuli rayonunun 8 kəndinin, həmçinin 15 may tarixində saat 11:00-dan Bərdə rayonunun 8 kəndinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bazar gününün HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.