Nazirlər Kabinetinin bir neçə qərarında dəyişiklik edilib.
Cia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
“Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na edilən dəyişikliyə görə, namizəd tərəfindən bilərəkdən və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlərin və ya məlumatların təqdim edilməsi müəyyən edildikdə, namizədin test imtahanında əldə etdiyi nəticələr etibarsız hesab olunacaq.
Mərkəz tərəfindən sertifikatın ləğv olunması barədə müvafiq qərar qəbul edilir və üç iş günü ərzində nəticələrinin etibarsız hesab edilməsinin səbəbləri izah olunan məlumat namizədə elektron qaydada təqdim edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə biləcək.
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar 27, 28, 29, 30, 31 mayda sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qəbələ-Bakı və Bakı-Ağstafa-Bakı marşrutları üzrə əlavə reysləri təyin edib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakı şəhərində yerləşən yerüstü və yeraltı piyada keçidlərində eskalator və bəzi liftlərin yenilənməsi istiqamətində hazırlıq işlərinə başlanılır.
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 396-VIIQD nömrəli Qanununun icrasının təmin edilməsi haqqında qərar qəbul edilib.
Pandemiya dövründən etibarən bağlı qalan Azərbaycan–Gürcüstan quru sərhədlərinin nə vaxt açılacağı məsələsi yenidən gündəmə gəlib. Xüsusilə, yay mövsümünün yaxınlaşması və vətəndaşların Gürcüstan üzərindən digər ölkələrə daha rahat səfər etmək istəyi bu mövzuya marağı artırır. Uzun müddətdir tətbiq olunan məhdudiyyətlərin davam etməsi isə cəmiyyətdə müxtəlif suallar doğurur.