banner
banner

Gündəm

Azad olunmuş ərazilərə 25 milyard manat ayrılıb

Azad olunmuş ərazilərə 25 milyard manat ayrılıb

İşğaldan azad edilmiş ərazilərdə aparılan bütün bərpa-quruculuq işləri dövlət büdcəsi hesabına maliyyələşdirilir.

Cia.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib. 

O qeyd edib ki, indiyədək dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərə təxminən 25 milyard manata yaxın vəsait ayrılıb.

“Konkret olaraq bölgələr üzrə rəqəmləri ayırmaq istəməzdim. Çünki burada həyata keçirilən layihələrin hamısı bir-biri ilə əlaqəlidir. Buna böyük bir meqa layihənin tərkib hissəsi kimi baxmaq lazımdır. Nümunə olaraq, yollar, dəmir yolları və ya iri su anbarları təkcə bir rayon üçün nəzərdə tutulmur. Həmin investisiyalar digər rayonlara da müsbət təsir göstərir”, - E.Hüseynov əlavə edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR

“Bakı-Tbilisi-Bakı sərnişin qatarının yenidən fəaliyyətə başlamasını çox yüksək qiymətləndirirəm. Azərbaycan və Gürcüstan arasında siyasi-iqtisadi əlaqələr yüksək səviyyədə olduğuna görə tərəflər belə bir addım atıb”.

AZAL Naxçıvana uçuşları yenidən təxirə saldı

“Azərbaycan Hava Yolları” (AZAL) Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında davam edən əlverişsiz hava şəraiti səbəbindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları yenidən təxirə salıb.