banner
banner

Şou

Nura Surinin başına bu da gəldi - FOTO

Nura Surinin başına bu da gəldi - FOTO

Müğənni Nura Suriyə qarşı dələduzluq cəhdi olub.

Bunu ifaçı özü bildirib.

N.Surinin sözlərinə görə, ona xarici nömrədən “PASHA Bank Rewards Bildirişi” adı ilə şübhəli SMS göndərilib. Mesajda guya bonus xallarının vaxtının bitəcəyi bildirilib və linkə daxil olaraq hesabın aktivləşdirilməsi istənilib. 

Paylaşılan mesajda istifadəçidən “Y” cavabı göndərməsi və saxta internet səhifəsinə keçid etməsi tələb olunub. Nura Suri isə bunun dələduzluq cəhdi olduğunu vurğulayaraq izləyicilərini diqqətli olmağa çağırıb.

Qeyd edək ki, banklar vətəndaşlara şəxsi məlumatlarını, kart kodlarını və ya birdəfəlik şifrələri şübhəli linklər vasitəsilə paylaşmamağı tövsiyə edir./YENISABAH/

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" - Foto

"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".

Elza Seyidcahan Roza Zərgərli haqda danışmaq istəmədi

Əməkdar artist Elza Seyidcahan müğənni Roza Zərgərli ilə barışması haqda xəbərlərə münasibət bildirmək istəməyib.cia.az Axşam.az-a istinadən xəbər verir ki, "Qonaqcanlı" verilişində qonaq olan sənətçi aparıcının "Bildiyimə görə Roza və Elza xanımın arasında barışıq addımı var" sözlərinə belə cavab verib: