banner
banner

Sosİal

Əlillik bu hallarda müddətsiz təyin edilir

Əlillik bu hallarda müddətsiz təyin edilir
Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq bir sıra hallarda əlillik müddətsiz təyin edilir.

Musavat.com xəbər verir ki, bu barədə DOST TV-nin efirində yayımlanan “Sosial saat” verilişində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdirinin müavini İlkin Yusifov məlumat verib.

O bildirib ki, geri dönməz proseslər olduqda, müəyyən anatomik və ya psixi pozuntu hallarında əlillik birbaşa müddətsiz təyin olunur. Həmin Qərarla təsdiqlənmiş meyarlara əsasən 300-ə yaxın halda əlillik müddətsiz təyin olunur.

Həmçinin Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən orqanizmin funksiyalarının pozulması 81-100 faiz aralığında (I dərəcə) ardıcıl olaraq 4 il, 61-80 faiz aralığında (II dərəcə) ardıcıl olaraq 10 il və 31-60 faiz aralığında (III dərəcə) ardıcıl olaraq 15 il müddətində müəyyən olunduğu halda növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

Bundan başqa, qanunvericiliyə əsasən pensiya yaşına çatmasına görə sosial ödəniş almaq hüququ olan şəxslərə də əlillik müddətsiz təyin olunur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Nazirlik məlumat yaydı - PENSİYALAR ARTIB

Bu ilin yanvar-aprel aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (248 mln. manat) çox olmaqla 2 mlrd. 608 mln. manat vəsait yönəldilib.

Mayın 14-də qaz kəsiləcək - Bu ərazilərdə

Sabah saat 10:00-dan isə Ağcabədi şəhərinin T.İsmayılov, İ.Qayıbov küçələrinin və rayonun 8 kəndinin, Zərdab rayonunun 18 kəndinin, saat 14:00-dan Füzuli rayonunun 8 kəndinin, həmçinin 15 may tarixində saat 11:00-dan Bərdə rayonunun 8 kəndinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.