banner
banner

Gündəm

Elşən Musayev Prezident Administrasiyasında qəbul edilib

Elşən Musayev Prezident Administrasiyasında qəbul edilib

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev mayın 22-də Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüşüb.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının Mətbuat Xidmətindən Cia.az-a verilən məlumata görə, görüş zamanı partiyanın ölkənin ictimai-siyasi həyatında iştirakı, parlamentdə fəaliyyəti və gələcək siyasi fəaliyyət istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən yeni siyasi konfiqurasiyanın siyasi plüralizmin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Eyni zamanda qanunvericilik hakimiyyəti ilə icra hakimiyyəti arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Görüşdə “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulundan sonra partiyalar üçün yaradılmış fəaliyyət imkanları da yüksək qiymətləndirilib. Tərəflər yeni qanunun siyasi partiyaların və bütövlükdə ölkənin siyasi sisteminin inkişafına ciddi təkan verdiyini bildiriblər.

Müzakirələr zamanı ölkədə keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində dünyanın aparıcı şəhərsalma və urbanizasiya mütəxəssislərinin Azərbaycana səfərinin önəmi vurğulanıb. Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi müasir şəhərsalma layihələrinin beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənildiyi qeyd olunub.

Görüşdə həmçinin Azərbaycanın milli maraqlara əsaslanan uğurlu xarici siyasəti, regionun və Avropanın enerji təhlükəsizliyində artan rolu, ölkəyə qarşı aparılan qərəzli siyasi kampaniyalara verilən adekvat cavablar və digər məsələlər dövlətin gücünün göstəricisi kimi dəyərləndirilib.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda söküləcək binaların yerində nələr tikiləcək - AÇIQLAMA

Bakıda köhnə binaların yenilənməsi planı paytaxt sakinlərini həm sevindirir, həm də müəyyən suallar yaradır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 5 və 9 mərtəbəli binaların mərhələli şəkildə söküləcəyini qeyd edib. Bu addım şəhərin görkəmini gözəlləşdirsə də, mütəxəssislər bəzi məqamlara diqqət yetirməyi tövsiyə edir.

BMT rəsmisindən Bakıda önəmli açıqlama

Bir çox ölkələrdə olduğu kimi, Malayziyada da hər bir nazirliyin öz inkişaf planı var. Lakin əsas məsələ bu planların bir-biri ilə ziddiyyət təşkil etmədən necə əlaqələndirilməsidir.

Bakıda böyük söküntü olacaq?

Eldar Əzizovun açıqlaması ilə Bakı şəhərində köhnə yaşayış fondunun yenilənməsi ilə bağlı məsələ yenidən aktuallaşıb. İcra başçısı tərəfindən köhnə və istismar müddətini başa vurmuş binaların mərhələli şəkildə söküləcəyi ilə bağlı açıqlamalar verilib. Bu proses təkcə memarlıq və şəhərsalma baxımından deyil, həm də sosial və iqtisadi aspektlərə görə geniş maraq doğurur. Əsas suallardan biri isə söküntü işlərinin hansı ərazilərdən başlanacağıdır.

Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR

“Bakı-Tbilisi-Bakı sərnişin qatarının yenidən fəaliyyətə başlamasını çox yüksək qiymətləndirirəm. Azərbaycan və Gürcüstan arasında siyasi-iqtisadi əlaqələr yüksək səviyyədə olduğuna görə tərəflər belə bir addım atıb”.

AZAL Naxçıvana uçuşları yenidən təxirə saldı

“Azərbaycan Hava Yolları” (AZAL) Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında davam edən əlverişsiz hava şəraiti səbəbindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları yenidən təxirə salıb.