Çinli alimlər omeqa-3 əlavələrinin beyin üçün faydası ilə bağlı şübhələr yaradan araşdırma aparıblar.
Tədqiqata görə, omeqa-3 qəbul edən yaşlı insanlarda yaddaş, diqqət və digər idrak funksiyalarının daha sürətli zəifləməsi müşahidə oluna bilər.
Araşdırma birbaşa olaraq əlavənin zərərli olduğunu sübut etmir. Tədqiqat müşahidə xarakterli olub və əsasən Avropada yaşayan pensiya yaşlı insanlar arasında aparılıb. Bununla belə, əldə olunan nəticələr omeqa-3-ün hər kəs üçün mütləq faydalı olması ilə bağlı geniş yayılmış fikirlərin yenidən qiymətləndirilməsinə səbəb olub.
Alimlər hesab edirlər ki, omeqa-3 əlavələri beyində neyron əlaqələrinin fəaliyyətinə təsir göstərə bilər. Bu səbəbdən mütəxəssislər əlavələrin nəzarətsiz və həkim məsləhəti olmadan qəbuluna daha ehtiyatla yanaşmağı tövsiyə edirlər.//Demokrat.az
İsti günlərdə sərinləmək üçün restoranlarda içkilərimizə bol-bol buz əlavə edilməsini istəyirik. Lakin bəzi mütəxəssislər bunun yanlış bir davranış olduğunu bildirir. Mütəxəssislərin açıqlamalarına görə, restoranlarda buzdan imtina etmək üçün çox ciddi və məntiqli səbəblər var.
Əgər siz gecənin bir yarısı oyanırsınızsa, saata baxmaq və ya mesajları yoxlamaq, sosial şəbəkələrə nəzər yetirmək üçün telefonunuza əl atmayın. Demək olar ki, hamı bu cür "mini sörfinq"in nəticələrinə əhəmiyyət vermir...
Artıq çəki problemi ilə mübarizə aparanların sayı hər keçən gün artır. Mütəxəssislər isə bildirir ki, düzgün seçilən qidalar həm toxluq hissini artırır, həm də sağlam şəkildə arıqlama prosesini sürətləndirə bilər.
Yaz və yay aylarında mətbəxdə çox vaxt diqqətdən kənarda qalan, birbaşa tullantıya atılan bəzi tərəvəz yarpaqlarının əslində olduqca faydalı olduğu məlum olub.
Yüksək qan təzyiqi ilə mübarizədə qidalanma vərdişləri həlledici rol oynayır. Həkimlərin fikrincə, bəzi tərəvəzlər tərkibindəki təbii komponentlər sayəsində qan təzyiqini sürətlə normaya salmaq gücünə malikdir. Son araşdırmalar isə xüsusilə tərəvəzlərdən birinin bu sahədə möcüzələr yaratdığını üzə çıxarıb.