Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ilin iyulunda Rusiyaya səfər edə bilər.
Cia.az xəbər verir ki, bu barədə "Report"a Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov məlumat verib.
"Hazırda Azərbaycan XİN başçısı Ceyhun Bayramovun Moskvaya səfər tarixi razılaşdırılır. Hər iki nazir - həm Bayramov, həm də Sergey Lavrov son dərəcə sıx iş qrafikinə malikdir, bununla əlaqədar səfər, çox güman ki, iyulda baş tutacaq. Hazırda konkret tarix dəqiqləşdirilir", - diplomat qeyd edib.
M.Yevdokimov vurğulayıb ki, sentyabrda Azərbaycanda Beynəlxalq Müdafiə Sərgisinin (ADEX) keçirilməsi planlaşdırılır və Rusiya müdafiə nazirinin bu sərgidə iştirakı mümkündür.
Xatırladaq ki, 2026-cı il sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək.
Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün mayın 15-də bu ölkəyə işgüzar səfərə gəlib.
“Prezidentimizlə görüşdə demək istəyib dilə gətirə bilmədiyim bircə o idi ki, Allah bu torpaqlar uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Mən öz oğlumdan ayırmamışam o igidlərin heç birini. Hər biri mənim balamdır”.