Bu gün Azərbaycanda müqəddəs Qurban bayramı qeyd olunur.
Musavat.com xəbər verir ki, Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır. Bu il həmin tarix miladi təqvimlə mayın 27-nə təsadüf edir.
Bayram münasibətilə ölkənin bütün məscidlərində bayram namazı qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazı saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da keçiriləcək.
Qurban kəsimləri bu gün və sabah həyata keçirilə bilər. Bildirilir ki, kəsimlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi xüsusi məkanlarda, şəriət qaydalarına uyğun şəkildə və Qafqaz Müsəlmanları İdarəsinin din xadimlərinin nəzarəti altında aparılacaq.
Qeyd edək ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı dövlət səviyyəsində qeyd olunur.
Nazirlər Kabinetinin qərarına əsasən, bu il mayın 27 və 28-i Qurban bayramı günləri elan edilib.
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Müstəqillik Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri elan edilən 27–31 may tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Spiker Sahibə Qafarovanın rəhbərliyi ilə öz işinə başlayan Milli Məclisin iclasında gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı müzakirəyə çıxarılıb.
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin iyun ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev mayın 22-də Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüşüb.
Bakıda köhnə binaların yenilənməsi planı paytaxt sakinlərini həm sevindirir, həm də müəyyən suallar yaradır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 5 və 9 mərtəbəli binaların mərhələli şəkildə söküləcəyini qeyd edib. Bu addım şəhərin görkəmini gözəlləşdirsə də, mütəxəssislər bəzi məqamlara diqqət yetirməyi tövsiyə edir.