banner
banner

Təhsİl

Bakıda bu məktəb BAĞLANDI -Rəsmi AÇIQLAMA

Bakıda bu məktəb BAĞLANDI -Rəsmi AÇIQLAMA

Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Qışlaq sahəsində yerləşən 122 nömrəli ümumi orta ümumtəhsil məktəbi bağlanıb.

Cia.az xəbər verir ki, bununla bağlı Bizim.Media-ya həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri müraciət ediblər.

Onlar iddia edirlər ki, may ayının 24-ü (bazar günü) müəllimlər valideynlərə bununla bağlı xəbərdarlıq edərək övladlarını yaxınlıqda yerləşən digər məktəblərə yönləndirmələrini istəyiblər.

Valideynlər bildirirlər ki, məktəbdə təxminən 75 şagird təhsil alır və illərdir bəzi siniflər komplektləşdirilərək fəaliyyət göstərir.

Valideynləri narahat edən əsas məsələ isə dərs ilinin sonuna yaxın belə bir addımın atılması və şagirdlərin digər məktəblərə daşınmasının təmin edilməməsidir. Onlar Qışlaq sahəsinin yaxınlığında məktəb yerləşmədiyini, övladlarını ya avtobusla, ya da şəxsi avtomobillə uzaq məsafədəki digər məktəblərə aparmağa məcbur qaldıqlarını bildiriblər. Təhsilalanların valideynləri ərazidə yol infrastrukturunun yenilənmədiyini də qeyd ediblər. Bir sözlə, valideynlər həm vaxt, həm də maddi itki ilə üzləşiblər.

122 nömrəli ümumi orta ümumtəhsil məktəbdən bildirilib ki, şagird sayının azlığı ilə əlaqədar 2026-2027-ci tədris ilindən optimallaşdırılması nəzərdə tutulur.

Bu barədə valideynlərin məlumatlandırıldığı vurğulanıb.

Qeyd edilib ki, ümumi təhsil müəssisələrdəki şagird sayı və kadr təminatı məsələləri nəzərə alınaraq təhlillər aparılır, təhsil müəssisələrinin rasionallaşdırılması prosesi həyata keçirilir.
Rasionallaşdırılmanın həyata keçirilməsində məqsəd mövcud məktəb şəbəkəsinin optimallaşdırılması, resursların səmərəli bölüşdürülməsi, eləcə də daha dayanıqlı təhsil infrastrukturunun və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasından ibarətdir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

10 mayda başlayır - RƏSMİ

Mayın 10-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.

I sinfə qəbul prosesi başlayır

Bu gün saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.

Məleykə Abbaszadədən onunla bağlı ETİRAF – illər sonra açıqladı

2012-ci ildə buraxılış imtahanlarının keçirilməsi Dövlət İmtahan Mərkəzinə (DİM) həvalə olundu. Bu qərarla bağlı geniş və gərgin müzakirələr aparıldı. Buraxılış imtahanlarında riyaziyyat və Azərbaycan dili əsas fənlərdir. Üçüncü fənnin hansı olması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü.

Bağça müdiri olmaq istəyənlərin diqqətinə!

Məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsinin nəticələri açıqlanaraq namizədlərin şəxsi səhifələrinə göndərilib.