banner
banner

Şou

Afra ilk dəfə sevgilisi ilə görüntüləndi - FOTO

Afra ilk dəfə sevgilisi ilə görüntüləndi - FOTO

Türkiyəli aktrisa Afra Saraçoğlu özəl həyatı ilə gündəmə gəlib.

Aktrisa bir müddətdir eşq yaşadığı iş adamı Poyraz Yosmaoğlu ilə görüntülənib. Afra və Poyraz İspaniyanın paytaxtı Madridə tətilə yollanıblar.

Cütlük bir restoranda baş-başa yemək yeyən zaman kameralara tuş gəlib. Üzlərinin aydın göründüyü fotolar sosial şəbəkələrdə qısa müddətdə böyük maraq doğurub.

Daha əvvəl onların Danimarkanın Kopenhagen şəhərində də birlikdə tətil etdikləri iddia olunurdu. Lakin ikili bu sevgi xəbərləri barədə açıqlama verməməyi üstün tutmuşdu.

Qeyd edək ki, Afra rol aldığı "A.B.İ" serialından bu mövsüm ayrılıb.  (Axşam.az)

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.