Rusiya Ermənistandan tərəvəz, pomidor idxalını da dayandırdı
Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) bu gündən etibarən Ermənistandan təzə pomidor, xiyar, bibər, yaşıl tərəvəz və çiyələk idxalını qadağan edib.
Cia.az xidmətin saytında yerləşdirilən açıqlamaya istinadən xəbər verir ki, qərar Rusiyaya ixrac olunan Ermənistan meyvə-tərəvəz məhsullarında çoxsaylı pozuntularla əsaslandırılır. İddia olunur ki, mövcud vəziyyət Rusiyanın fitosanitar statusuna təhlükə yaradır.
Rosselxoznadzor-un iddiasına görə səlahiyyətli Ermənistan qurumu əvvəllər müəyyən edilmiş pozuntuların aradan qaldırılması üçün müvafiq tədbirlər görməyib.
Qeyd edək ki, Rosselxoznadzor 21-27 may 2026-cı il tarixlərində Ermənistan müəssisələrində yoxlama aparıb. Qurum iddia edir ki, yoxlama zamanı bir sıra pozuntular, xüsusən də istixana komplekslərində AİB üzv dövlətləri üçün karantin obyektlərinin olması aşkar edilib.
Xəbər verildiyi kimi, 22 maydan etibarən Ermənistandan Rusiyaya gül idxalına qadağa da qüvvədədir.
Rosselxoznadzor-un məlumatına görə, 2026-cı ilin əvvəlindən may ayının ortalarına qədər Ermənistandan Rusiyaya 16.300 ton meyvə-tərəvəz məhsulları göndərilib.
Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.
Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.
Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.