Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu
Bu gündən etibarən ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeynclərlə (xidmət haqqı tariflərinin) bağlı qərar qüvvəyə minib.
Ölkə daxilində ödəniş kartları ilə aşağıdakı MCC kodlar (təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən təsərrüfat subyektinə təyin edilən kod) üzrə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi aşağıdakı kimidir:
"Drug Stores and Pharmacies" və "Grocery Stores and Supermarket" kateqoriyalarına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.25 faizi;
"Petrol" kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 0.75 faizi;
"General" kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.5 faizi.
Nəzərdə tutulmayan digər MCC kodlar üzrə ölkə daxilində ödəniş kartları ilə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi müəyyən edilmir.
Qərar martın 18-də imzalanıb.
Qeyd edək ki, interçeync (interchange) nağdsız ödənişlər zamanı kartı buraxan bank (emitent) və ödənişi qəbul edən bank (ekvayer) arasında hesablaşmalar zamanı tətbiq olunan komissiya haqqıdır. Bu vəsait adətən satıcının banka ödədiyi xidmət haqqından (ekvayrinq) banklar tərəfindən bölünür və loyallıq proqramları (keşbek) üçün istifadə olunur. (Oxu.Az)
Milli Məclisdə “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, mopedlərin texniki baxışdan keçirilməsi, qeydiyyatı, dövlət nömrə nişanlarının verilməsi, eləcə də sürücülük vəsiqəsinin alınması üçün imtahan və sənədləşmə prosesləri üzrə müxtəlif məbləğlərdə rüsumların tətbiqi nəzərdə tutulur. Təkliflər təsdiqlənərsə, moped sahibləri üçün həm ilkin qeydiyyat, həm də sürücülük vəsiqəsi əldə etmə xərcləri artmış olacaq.
İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" CIF markalı xam neftinin qiyməti əvvəlki qiymətə nisbətən 2,56 dollar və ya 2,5 faiz azalaraq bir barel üçün 98,01 dollara düşüb.
Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) bu gündən etibarən Ermənistandan təzə pomidor, xiyar, bibər, yaşıl tərəvəz və çiyələk idxalını qadağan edib.
ABŞ-ın İrandakı hərbi obyektlərə iki ardıcıl zərbəsindən sonra İranın onlara cavab olaraq radikal addımlar atmaması tərəflər arasındakı atəşkəsin qorunacağına ümidləri kəskin artırıb.
ABŞ-la İran arasında Hörmüz boğazının açılmasını nəzərdə tutan razılaşmanın yaxın olması xəbərləri dünya bazarında neft qiymətlərinin kəskin ucuzlaşmasına səbəb olub.