Ödənişli avtomobil yollarında motosikletlər üçün yeni tariflər müəyyənləşdirilib.
Tarif Şurasından Cia.az-a verilən məlumata görə, bu gün keçirilən iclasda avtomobil yolunun 1 km ödənişli hissəsi üzrə motosiklet nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzrə 4,65 qəpik, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu üzrə isə 5 qəpik müəyyən olunması qərara alınıb.
Bu ödənişlərdən daxil olan vəsait təsdiq edilən bölgü əsasında ödənişli avtomagistralların və müvafiq ödəniş məntəqələrinin, habelə respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması, qorunması və təmiri, ödənişli avtomagistralların idarə olunması, avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə istifadə olunur.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.