banner
banner

Təhsİl

Bu il hansı qrupda ballar aşağı düşəcək?

Bu il hansı qrupda ballar aşağı düşəcək?

Hər il ali məktəblərə qəbul imtahanları keçiriləndə abituriyentləri və valideynləri düşündürən ən aktual sual keçid ballarının hansı istiqamətdə dəyişəcəyidir. İmtahan suallarının çətinlik dərəcəsi, plan yerlərinin artırılması və abituriyentlərin ümumi nəticələri bu dinamikaya birbaşa təsir göstərir.

Son günlər aparılan müzakirələr və statistik təhlillər göstərir ki, builki mənzərə ötən illərdən müəyyən qədər fərqlənir. Xüsusilə bəzi ixtisas qruplarında rəqabətin zəifləməsi balların enməsini qaçılmaz edir.

Musavat.com “metbuat.az”a istinadən xəbər verir ki, real vəziyyəti təhlil etdikdə, builki əsas enişin I və IV ixtisas qruplarında müşahidə olunacağı gözlənilir. Bunun ən böyük səbəbi texniki və tibb fənləri üzrə imtahan suallarının, xüsusilə riyaziyyat və kimya blokunun abituriyentlər üçün nisbətən mürəkkəb olmasıdır.

Digər tərəfdən, dövlət sifarişli (ödənişsiz) plan yerlərinin məhz bu qruplarda artırılması rəqabəti azaldır və yüksək ballı ixtisaslar istisna olmaqla, ümumi keçid həddinin aşağı düşməsinə şərait yaradır. II və III qruplarda isə humanitar və iqtisadi sahələrə maraq stabil qaldığından kəskin bir azalma proqnozlaşdırılmır.

Mövzu ilə bağlı fikirlərini bölüşən təhsil eksperti Fuad Məmmədov da bu fikirləri bölüşür: "Builki imtahan nəticələri və abituriyentlərin ümumi bal göstəriciləri bizə onu deməyə əsas verir ki, xüsusilə I qrupda mühəndislik və texnoloji ixtisasların bir çoxunda keçid ballarında ötən ilə nisbətən eniş görəcəyik. Sual tiplərinin dəyişməsi və plan yerlərinin genişləndirilməsi abituriyentlərin xeyrinə işləyir. IV qrupda isə bəzi regional universitetlərin tibb və biologiyayönümlü ixtisaslarında balların 15-20 bal civarında aşağı düşməsi tamamilə realdır".

Ekspert qeyd edib ki, abituriyentlər ixtisas seçimi zamanı panikaya düşməməli, yerli medianın təqdim etdiyi statistik rəqəmləri və ekspert rəylərini düzgün analiz edərək öz şanslarını real qiymətləndirməlidirlər:

"Balların aşağı düşmə ehtimalı düzgün kodlaşdırma ilə uğurlu nəticə əldə etmək üçün böyük şansdır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda bu müəllimlərin dərs saatı azaldılır

Müəllimlərin sertifikatlaşdırma nəticələrinin onların dərs yükünün müəyyənləşdirilməsinə təsiri təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir. Yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatının verilməsi, aşağı bal toplayanların isə dərs yükünün azaldılması ilə bağlı vahid yanaşmanın olub-olmaması sual doğurur. Xüsusilə dərs saatlarının müəllimlərin aylıq əməkhaqqına birbaşa təsir etməsi məsələnin aktuallığını daha da artırır.

DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.

MİQ üzrə vakant yerlərin SİYAHISI

Naxçıvan Muxtar Respublikası üzrə ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu müsabiqəsinə aid vakant yerlər açıqlanıb.