banner
banner

Sİyasət

Azərbaycanın mədəni zənginlikləri Türkmənistanda təqdim olunacaq

Azərbaycanın mədəni zənginlikləri Türkmənistanda təqdim olunacaq

İyunun 5-də Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlanır. Üç gün davam edəcək tədbirlər çərçivəsində ölkənin Arkadağ və Aşqabad şəhərlərinin sakinləri Azərbaycanın zəngin mədəni irsi, musiqi sənəti və yaradıcı ənənələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Cia.az xəbər verir ki, proqramda konsertlər, sərgilər və müxtəlif mədəni tədbirlər nəzərdə tutulur.

Bu layihə iki qardaş ölkə arasında humanitar əlaqələrin daha da möhkəmləndirilməsinə, eləcə də mədəni dialoqun genişlənməsinə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun siyasi iradəsi nəticəsində iki qardaş ölkə arasında münasibətlər bütün istiqamətlər üzrə uğurla inkişaf edir.

Azərbaycan Mədəniyyəti Günləri də bu əməkdaşlığın humanitar və mədəni sahədə növbəti əhəmiyyətli təzahürlərindən biridir.

Azərbaycan Mədəniyyəti Günləri Türkmənistanın mədəni həyatında əlamətdar hadisələrdən biri olmaqla yanaşı, ortaq tarixə, ənənələrə və mənəvi dəyərlərə əsaslanan iki ölkənin dostluq münasibətlərinin yüksək səviyyəsinin növbəti təzahürü olacaq. Bu tədbir xalqlarımız arasında qarşılıqlı anlaşmanın, mədəni yaxınlığın və mənəvi bağların daha da güclənməsinə töhfə verəcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezidentdən ÖNƏMLİ SƏRƏNCAM

Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib.

İlham Əliyev müşavirə keçirdi - FOTO

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib.